“Linqvistikanın ən böyük fırıldaqlarından biri – erməni dili” məqaləsinin davamı

Tanınmış sovet etnoqrafı Sergey Tokarev (1899–1985) yazırdı:

“Qədim erməni dili (qrabar) ilə yeni erməni dili (aşqrabar) arasında fərq çox böyükdür. Bu fərq qədim slavyan dili ilə rus dili, yaxud latın dili ilə müasir italyan dili arasındakı fərqdən əhəmiyyətli dərəcədə çoxdur. Yeni erməni dili ilə müqayisə etsək görərik ki, qədim erməni dili tamamilə başqa quruluşa malikdir”.

1875-ci ilədək Avropa linqvistləri hay dilini İran dillərindən biri hesab edirdilər. Əslində, onlar çox da yanılmırdılar. Sözsüz ki, onların İran dilləri qrupuna aid etdikləri həmin dil müasir hayca deyil, qrabar idi. Qrabar həm lüğət tərkibinə, həm də morfoloji quruluşuna görə İran və ümumiyyətlə hind-Avropa dillərinə kifayət qədər yaxındır.

Lakin XIX əsrin ortalarından etibarən ehtimal ki, siyasi sifarişlə hay dilinə daha çox diqqət yetirməyə başlayan linqvistləri bir məsələ heyrətləndirdi. Məlum oldu ki, bu dilin İran dilləri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Daha sonra belə bir fərziyyə irəli sürüldü ki, guya hay dili ilə yunan dilinin mənşəyi eynidir. Lakin zamanla bu iddianın da əsassız olduğu ortaya çıxdı.

İlk dəfə alman filoloqu Johann Heinrich Hübschmann (1848–1908) 1875-ci ildə müəyyənləşdirdi ki, hay dili İran dilləri qrupuna daxil deyildir. Amma, o, öz tədqiqatını əsasən sözlərin müqayisəsi üzərində qurmuş, hay dilinin quruluşuna qətiyyən diqqət yetirməmişdi.

Beləliklə, J.H.Hübschmann hay dilini İran dillərindən ayırıb hind-Avropa dil ailəsinin müstəqil üzvü elan etdi. Faktiki olaraq, 1875-ci ildən etibarən avropalılar təkcə hay dilinə deyil, həm də hay probleminə münasibətlərini kəskin şəkildə dəyişdilər. Buna qədər haylardan özünəməxsus bir formada yalnız Rusiya imperiyası yararlanırdı.

Ruslar təsir vasitəsi kimi “dini qardaşlıq” ideyasına əl atmışdılar. Amma onlar həmişə və hər yerdə olduğu tək mühüm təfərrüatları ciddi nəzərə almırdılar. Avropalılar isə əksinə, belə məsələlərə “elmi” yanaşırdılar. Beləliklə, ilk dəfə Hindistanın fəthindən sonra istifadə olunmuş fənd bu dəfə haylara tətbiq edildi. Elan olundu ki, haylar qərblilərin qan qardaşlarıdır.

Haşiyə. Maraqlı bir fakta da nəzər salaq.. Məhz 1875-ci ildə Bolqarıstan, Serbiya və Makedoniyada Osmanlı imperiyasına qarşı qanlı qiyamlar baş verdi. Çoxlu günahsız türk qətlə yetirildi. Osmanlı dövləti həmin qırğınların qarşısını silah gücünə aldı. Bu isə Avropa ölkələrində və Rusiyada kəskin narazılıq hissləri doğurdu. Belə bir şəraitdə Böyük Britaniyanın təklifi və o dövrün güclü dövlətlərinin iştirakı ilə İstambulda beynəlxalq konfrans keçirildi.

Konfrans 1876-cı il dekabrın 23-dən 1877-ci il yanvarın 20-dək davam etdi. Sultandan tələb olundu ki, ölkədə yaşayan xristianların (əsasən slavyanların) təhlükəsizliyini təmin etmək üçün islahatlara başlasın. Şərtlər çox ağır olduğuna görə Osmanlı dövləti onları qəbul etmədi. Amma məsələ onda idi ki, Rusiya imperiyasını slavyanların taleyi elə də maraqlandırmırdı. Ruslar Türkiyənin paytaxtını, əslində isə boğazları işğal etmək üçün bəhanə axtarırdılar.

1877-ci il aprelin 24-də rus çarı türklərə müharibə elan etdi. İgid türk sərkərdəsi Osman paşa düşmənə şiddətli müqavimət göstərdi. Lakin qüvvələr qeyri-bərabər idi. 1878-ci il fevralın 12-də rus ordusu İstambulun Yeşilköy kəndini ələ keçirdi. Paytaxrın itirilməsi təhlükəsi yarandı. Lakin son anda sultanın bütün ehtiyat qüvvələrini İstambul ətrafına cəmləşdirməsi və Böyük Britaniyanın müdaxiləsi Osmanlını daha böyük fəlakətdən xilas etdi.

İngilislər rus çarını çox sərt bir şəkildə hədələdilər ki, qoşunlarını geri çəkməsə qarşısında Böyük Britaniya ordusunu görəcək. Britaniya donanmasının bir eskadrası Dardanel boğazına daxil oldu. Digər eskadra isə Rusiyanın şimal sahillərinə hücuma hazırlaşırdı. Bu tədbirlər öz nəticəsini verdi. Rusiya Osmanlı ilə sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirdi.

Belə bir haşiyədən sonra hay dilindəki əsas sözlərin müqayisə və təhlilini davam etdirək:

Qohumluq terminləri: hay – türk – hind-İran – slavyan – german – fin-uqor – moğol

1. dığamard – kişi, ər – mərd, nara – мужчина – man – mies, mariy, mare – ereqtey, er.

2. gin – qadın, xatun, daxtar, xanım – zən, jen, nəri – женщина – woman, kona, kvinna – nainen, ava, naine – em, emeqtey, avqay.

3. mard – adam, insan, çın, kiji – manuh, vyakti, mirov – çelovek, çovek, lyudina – mens, man, manna – loman, mies, mariy, mort, edem – xün, kün.

4. hayr – ata, dədə, aça – pedər, pita, babo – otets, tata, oçe – father, pappa, atta – isa, aça, atya, tetya – aba, aav, eçeq, dəədə.

5. mayr – ana, annya, eje – madər, mata, mamo – mat, mama, nenya – mother, mamma – muamo, mam, aiti, ema, anay, neney – eej.

6. yeğbayr – qardaş, piççe – bəradər – брат – brother – veli – ax.

7. kuyr – bacı – xahər – сестра – sister – sisko – eqç.

8. orti – oğul, ıvəl – pesər – сын – son – poika – xüü.

9. dustr – qız, xer – duxtər – дочь – daughter – tütər – oxin.

10. amusin – ər, upaşka – şovhər, pati – муж, manzel – husband, man, make – mies, mujik, ferj – nöxör, zalu, übqen.

11. gin – arvad, arəm – zən, patni – жена, kabeta, baba – wife, frau, kone, qino – akka, vaimo, ırvya – exner, hamqan, qerqn.

12. yerexa – bala, aça – bala, baççe, baru – ребенок – child – lapsi, yoça – balçr, xüüxed.

13. tor – nəvə, torun, mənuk – nəvə – внук – grandchild – pojanpoika – aç xüü.

14. horeğbayr – əmi, muçi – əmu – дядя – uncle – setə – avqa aax.

15. keri – dayı, kukka – əmu – дядя – uncle – setə – avqa aax.

16. horakuyr – bibi, mama, teyze – əmmi – тетя – aunt – təti – avqa eej.

17. morakuyr – xala, teyze – əmmi – тетя – aunt – təti – avqa eej.

18. papik – baba, asatte, kukaşi – pedərbozorq – дедушка – grandfather – isoisa, pappa – övöö.

19. tatik – nənə, asanne, kukamay – madərbozorq – бабушка – grandmother – isoaitti, mummo – emee.

Hay dilindəki qohumluq terminləri ilə müxtəlif dillərdəki analoji sözlər arasında bənzərlik vardır:

1. “dığamard” (kişi) – mərd (hind-İran), mariy (fin-uqor), ner (ad–moğol);

2. “mard” (adam) – mort (fin-uqor);

3. “hayr” (ata) – “pedər” (hind-İran), “father” (german);

4. “mayr” (ana) – “madər” (hind-İran), “mother” (german);

5. “yeğbayr” (qardaş) – “bəradər” (hind-İran), “брат” (slavyan), “brother” (german);

6. “kuyr” (bacı) – “xahər” (hind-İran – fars);

7. “dustr” (qız) – “daxtar (türk), “duxtər” (hind-İran), “дочь” (slavyan), “daughter” (german), “tütər” (fin-uqor);

8. “amusin” (ər) – “mies” (fin-uqor) – “муж” (slavyan)

9. “gin” (qadın, arvad) – “zən” (hind-İran), “жена” (slavyan);

10. “tor” (nəvə) – “torun” (türk);

11. “papik” (baba) – “baba” (türk), “папа” (slavyan), “poppe” (german), “pappa” (fin-uqor);

12. “tatik” (nənə) – “teyze” (xala–türk), “тетя” (xala–slavyan), “təti” (xala–fin-uqor).

Şərh. Sadaladığımız on doqquz termindən doqquzu hind-Avropa, altısı fin-uqor, beşi isə türk dillərindəki analoji terminlərə oxşayır. Müəyyən əlamətləri nəzərə alaraq ehtimal edə bilərik ki, bu sözlər hay dilinə sonradan qrabarın vasitəsilə daxil olmuş, əksər hallarda əzəli hay terminlərini tamamilə sıradan çıxarmış, bəzən isə onların “şərikinə” çevrilmişlər. Məsələn, “dığamard” (kişi) və “yeğbayr” (qardaş) sözlərinə diqqət yetirsək görərik ki, hər iki söz, əslində, iki sözdən əmələ gəlmişdir. Güman ki, “dığa” və “yeğ” əzəli hay sözləridir. “Mard” və “bayr” (bəradər, brother, брат), eləcə də “kuyr” sözləri isə pars dilindən keçmişdir.

Ardı var..

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

1-ci hissəyə keçid: LİNQVİSTİKANIN ƏN BÖYÜK FIRILDAQLARINDAN BİRİ – HAY DİLİ

2-ci hissəyə keçid: ERMƏNİ-HAY DİLİ, HİND-AVROPA DİLLƏRİ QRUPUNA SİYASİ MOTİVLƏRƏ GÖRƏ DAXİL EDİLDİ

Write A Comment