İlk dövr Osmanlı tibb sahəsində ən çox elmi əsər yazan Məhəmməd ibn Mahmud Şirvani (1375-1451) olmuşdur. Məhz əsərlərinin çoxunun sadə Türk dilndə yazması onun əhəmiyyətini daha da artırmaqdadır.

Şirvani eyni zamanda Məhəmməd ibn Həsən əl-Katib əl-Bağdadinin “Kitabut-Tabix minə’l-ətimə fi qablə`t-tibb” adlı kulinariyaya dair əsərini Türk dilinə bəzi əlavələr edərək tərcümə etmişdir.

Əsərin ən mühüm tərəfi insan sağlamlığı ilə əlaqədar olaraq hər yeməyin tərifi verilmədən əvvəl onun insan bədəninə olan faydalarının qeyd edilməsidir.

Xüsusilə tibbə dair kitabları qələmə alarkən özün-dən əvvəl yaşamış müsəlman həkimlər ilə klassik yunan təbiblərinin əsərlərindən iqtibaslar etdiyini görmək mümkündür. Ümumiyyətlə Məhəmməd Şirvani çox yönlü bir alim və həkim olmuşdur. XV əsrin ilk yarısında onun qədər tibbə dair əsər yazan başqa bir müəllif yoxdur.

Bəzi tibb terminlərinin türkçə verməsi də Türk dilinin zəngiləşməsinə səbəb olmuşdur. Professor Ali Haydar Bayat, Sabuncu-oğludan otuz il əvvəl Şirvaninin göz xəstəlikləri ilə bağlı çox qiymətli bir əsər olan “Mürşidi” qələmə almasını elm tarixi baxımından əlamətdar hadisə kimi qiymətləndirir.

Mahmud Şirvaninin “Cövhər-namə” adlı əsəri qiymətli daşlara aid bir əsərdir. Bu əl-Tifaşinin “Əzharul-Əfkar fi Cəvahiru’l-Əhcar” adlı kitabının lazımsız yerləri ixtisar edilib, səhvlər düzəldilərək yeni məlumatlar verilməklə Məhəmməd Şirvani tərəfindən tərcümə edilən kitabdır.

O, bu əsərində dünyəvi və dini elmlərin təhsilini aldıqdan sonra tib elmilə məşğul olduğunu, o cümlədən qiymətli daş-qaşları tədqiq etdiyini yazır. Əsərin bir nüsxəsi də Almanyada Leypziq Senat Kitabxanasındadı. Şirvani bu əsərdə xalqın fırıldaqçılar tərəfindən aldadıldığını gördüyü üçün bu kitabı qələmə aldığını və bir neçə dəfə niyyət etdiyini qeyd edir.

Mahmud Şirvani göz xəstəliklərinə dair sən əsəri olan “Mürşidi” 1438-ci ildə yazdıqdan bir neçə il sonra vəfat etmişdir. “əl-Mürşid” adlı əsər Mahmud Şirvaninin göz xəstəliklərinə dair iri həcimli bir kitabıdır. Bu Məhəmməd Şirvaninin şah əsəridir. Bu əsərdə gözün anatomiya və fiziologiyası, göz xəstəlikləri, bunların siptomları və müalicə üsulları, göz xəstəliklərində istifadə olunan dərməanlardan bəhs edilir.

Əsərdə 120 yaxın göz xəstəliyinin müəyyən olunması və müalicə edil məsi tədqiq olunur. Əsərdə tibbi terminlərin bəzən Fars, Türk və Yunan dilində olan qarşılıqları verilmişdir. Məhəmməd Şirvani bu əsərdə Yunan, İsgəndəriyyə və Orta əsr müsəlman həkim və əczaçılarından iqtibaslar verərək 34 həkimin adını qeyd etmişdir. Bəzən də müəllifini qeyd etmədən istifadə etdiyi əsərin adını vermiş, müəyyən yerlərdə onları tənqid etmiş və öz rəylərini də bildirmişdir.

Mahmud Şirvaninin tibb tarixi baxımından ən mühüm əsərlərindən biri də “Kəmaliyyə” adlı əsərdir. Bu hərkəsin başa düşməsi üçün sadə dildə və anlaşılır bir üslubda yazılmışdır. Əsərdə xəstəliklərdən və onların müalicə üsullarından bəhs olunur.

Yuxarıda qeyd etdiyimiz məlumatlara əlavə olaraq onu qeyd edə bilərik ki, tibbə dair Türk dilində altı, ərəb dilində isə dörd əsər qələmə alan Mahmud Şirvani Osmanlı tibb tarixinin məhsuldar müəlliflərindəndir.

İstinad: Dr. Rəşad İlyasov, “Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi” kitabından

Write A Comment