«Napoleonun və Nadir şahın İrandakı və Avropadakı nüfuzu arasındakı əlaqə, görünür ki dialoji birləşməyə oxşayan bir nəsnədir: Napoleon özünü yeni Nadir hesab edirdi.

İranlılar [ölkə sakinləri] isə 19-cu əsrdə özlərinə çatışmayan güclü bir şəxs kimi Napoleona heyran olmağa başladılar. Nadir bir vaxtlar əvvəlcə Avropada, sonra İranda Asiya və ya İran Napoleonu kimi tanındı; və dövranı anti-şərqşünas tərzində bitirən Napoleon bu gün tez-tez avropalı Nadir şah adlanılır.
Bütün əlamətlər Napoleonun Nadir şahdan çox təsirləndiyini göstərir. Təxminən, əminliklə demək olar ki, Napoleon gənc ikən Nadirin şücaətləri haqqında oxumuşdu.

Napoleonun Nadirin böyük heyranı olduğunun 1807-ci ildə Fransa-İran [Fransa-Qacar] müqaviləsi bağlamaq üçün İrana [Qacarlar dövlətinə] səfər edən fransız şərqşünası Amadey Joberin qeydlərində aydın görmək olar.
Jober özü ilə Napoleondan bir məktub gətirmişdi, orada bir qədər oturaq Fətəli şahın qarşısında, Fransa imperatoru Nadir şahı «böyük gücə qalib gəlməyi bacaran» və «işğalçıları dəhşətə gətirən və qonşuları üçün qorxulu olan», həmən çağda «yağılarına qalib gəlib və möhtəşəm hökmranlıq edən» «böyük döyüşçü» kimi ifadələrlə tərifləyirdi.
1808-ci ildə Fətəli şahın Parisdəki elçisi Əsgər xan Əfşarın gələn il ​​Parisə gələrkən «Cahangüşai-Nadiri» əsərinin bir nüsxəsini Parisdəki İmperator Kitabxanasına bağışlaması da əlbəttə ki, təsadüfi deyil. Ən sonda 1815-1821-ci illərdə Müqəddəs Yelenada sürgündə olarkən «L’Histoire de Tamas Kouli-Kan» Napoleonun ixtiyarında olan kitablardan biri idi».

Qaynaq: Rudi Matthee, «Nādir Shāh in Iranian Historiography: Warlord or National Hero?», səh. 471-472
İstinad: irs_azerbaijan

Write A Comment