“Ənənəvi tarixi ədəbiyyatda Azərbaycanın İran ərazisi olması vurğulanır və İran tərəfi tarixən Azərbaycan üzərində hegemonluğundan bəhs edir.

Əslində isə tarixi-real şərait bunun əksini göstərir. Monqol hökmranlığından başlayaraq XVIII əsrin ortalarına qədər İran ərazisi mərkəzi vilayəti Azərbaycan, paytaxtı Təbriz olan, türk-monqol və türk mənşəli sülalələr tərəfindən idarə olunan dövlətlərin, imperiyaların ətraf vilayətləri statusunda olmuşdur və Azərbaycandan (Təbrizdən) idarə edilmişdir.
Belə olduğu halda İranın Azərbaycan üzərində deyil, əksinə Azərbaycanın İran üzərində nüfuzundan danışmaq məntiqi olardı.
Onu da yadda saxlamaq lazımdır ki, istər Xilafətin hakimiyyəti və IX-XII əsrlərdə, istərsə də xanlıqlar dövründə Azərbaycanın İrandan asılılığı nəzərə çarpmır. Deməli, bütün son orta əsrlərdə Azərbaycan İran ilə əlaqələrində aparıcı mövqedə durmuşdur”.

Mənbə: Vaqif Piriyev, “Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası”, Bakı – 2006, səh.29./ Ramil Əkbərov

Write A Comment