
Nə baş verir?
İraq türkmanlarının Azərbaycanda keçirilən beynəlxalq konfransda səsləndirdiyi faktlar qardaşlarımızın üzləşdiyi problemlərin nə qədər dərin olduğunu göstərir.
🔹 İraqda təxminən 4 milyon türkman yaşasa da, onların cəmi 6 deputatı və 1 naziri var.
🔹 Əhalisi təxminən 7 milyon olan kürdlərin isə 50 deputatı və 7 naziri var. Üstəlik, ölkə prezidenti də kürddür.
Bu rəqəmlər İraqda türkmanların siyasi təmsilçilik baxımından üzləşdiyi ciddi fərqi gündəmə gətirir.
Amma məsələ təkcə siyasi təmsilçiliklə bitmir!
İraq türkmanlarının dili də assimilyasiya təhlükəsi ilə üz-üzədir. Türkman dili lazımi səviyyədə qorunmasa, təbliğ və tədris olunmasa, gələcək nəsillərin öz ana dilindən uzaqlaşması, hətta bu dilin tədricən itirilməsi təhlükəsi var.
Bir xalqın dili zəifləyirsə, onun tarixi yaddaşı və milli kimliyi də təhlükə altına düşür.
İraq türkmanları bu gün yalnız siyasi təmsilçilik uğrunda deyil, həm də öz dillərini, mədəniyyətlərini və milli kimliklərini qorumaq uğrunda mübarizə aparırlar.
📌 “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfransından