P.S. Bu pul növü gözlədiyimdən daha maraqlı çıxdı. Ardı olacaq..

‼️ Şah İsmayıl dövründə Lari adlanan bir növ pul kəsdirmişdi. Bu pul qalın metal məftildən hazırlanırdı; ortası yastılaşdırılırdı ki, üzərinə pulun dəyərini göstərən yazı və işarələr həkk edilə bilsin.

Səfəvi dövlətində ümumən hər cür mis və ya tunc sikkə “pul” adlandırılırdı, eyni zamanda Qazıbəyi ismində xüsusi bir mis sikkəsi də var; qırx Qazıbəyi bir Abbasa bərabərdir. Böyük məbləğləri ödəyərkən və ya verərkən qızılbaşlar Tümən ilə hesablayırlar; bir Tüman əlli Abbasa bərabərdir.

Mis pulların üzərindəki adi nişanlar arasında maral, ceyran, keçi, satir, balıq, ilan və bu kimi fiqurlar olur.

İsfahanda Kasbekilərin üzərində şir, Şamaxıda şeytan, Kaşanda xoruz, Gilandа isə balıq təsviri vardı.

➡️ Şəkildəki Larinin üzərindəkilər:

Ön tərəf yazı: Əbu əl-Müzəffər Şah İsmayıl

Əks tərəf yazı: “Allahdan başqa ilah yoxdur, Məhəmməd Allahın elçisidir, Əli Allahın vəlisidir.”

📜 İstinad: en.numista.com/74608, Adam Olearius, “Voyages très-curieux & très renommez faits en Moscovie, Tartarie, et Perse”, səh.771

Write A Comment