Səddam Hüseynin və Bəəs rejiminin hakimiyyəti illərində, xüsusilə 1980-1982-ci illərdə İraq azərbaycanlılarına qarşı sistemli şəkildə “ərəbləşdirmə” siyasəti aparılırdı.

Türkmanları rəsmi sənədlərdə öz milli mənsubiyyətlərindən imtina edərək “ərəb” kimi qeydiyyata düşməyə məcbur edilirdi.

Onların türk mənşəli soyadları, tayfa və ləqəb adları zorla dəyişdirilir, sonuna və ya əvvəlinə ərəb qəbilə adları (məsələn, əl-Bayati, əl-Cuburi, əl-Ubeydi və s.) əlavə edilirdi.

Yeni doğulan körpələrə türk mənşəli adların verilməsi rəsmən yasaqlanmışdı; yalnız ərəb və ya dini adlara icazə verilirdi.

Soyadını və milli kimliyini dəyişməkdən imtina edən ailələr işdən çıxarılır, əmlakları müsadirə olunur və onlar Kərkük başda olmaqla öz tarixi torpaqlarından İraqın cənubuna və ya şimalına sürgün edilirdilər.

➡️ Eyni zamanda, təkcə insanların deyil, türkmanların yaşadığı şəhər, qəsəbə, kənd və məhəllələrin də tarixi türk adları dəyişdirilərək ərəb adları ilə əvəz olunmuşdu (məsələn, Kərkük vilayətinin adı dəyişdirilərək Ət-Təmim qoyulmuşdu).

P.S. Tanış mənzərələrdi, deyilmi?

Write A Comment