Mahmud Kaşğarinin «Divan»ından Orta Asiyada u Bəydili boyunun varlığı bilinməkdədir.

Fərqli mənbələrdə bəydililər barədə fərqli məlumatlar verilmişdir. Oğuzlar 24 boydan meydana gəlmişdir ki, Bəydili də həmin tayfalardan biridir. Bəydililər bozoklardandır. Onlar tarixdə Oğuz ordusunun ən güclü və döyüşkən, şücaətli qolunu təşkil etmişlər.

Bəydililər oğuzlardır. Bozoklar böyük oğuzlardır. Bozok deyilən etnonim oğuz türkmənlərinin 12 boyundan biridir.

Tarixi bəydililərin yaşadığı ərazilərdə dağılmış, məhv olmuş qəbiristanlıqlar və onların istifadə etdiyi avadanlıqlar, xüsusən də döyüş, silah qalıntıları qalmaqdadır. M. ö. 60-cı illərdə bəydililər Roma imperatorluğunun təsiri altında qalmışlar.

Mənbələrdə Bəydili adı yazılış baxımdan fərqli olaraq Beqtili, Bağtili, Beydilli kimi işlənmişdir. Mahmud Kaşğari bu adın «sözü dəyərli, böyüklər kimi əziz» mənaya malik olduğunu göstərmişdir.

Bir çox araşdırıcılar (İ.Şopen və b.) bəydililəri Kəngərli (Kəngərlər) tayfasının qolu sayırlar. Şərur rayonunun Qarabağlar kəndində (Naxçıvan MR) bay- dililərin hazırda bir məhəllədə kompleks yaşamaları barədə məlumlar vardır.

Bəydili adının mənası barədə Mahmud Kaşğari, Rəşidəddin, Yazıçıoğlu, Salar Baba, Abulqazi, Berezin, Kononov və başqaları müəyyən fikirlər söyləmişlər. «Yaşlıların sözünə hörmət edən» (Rəşidəddin), «mülayim dilli» (Salar Baba), «sözü hörmətli və dövlətli» (Abil- qazi), «bəylərin hörmətli sözü» (Yazıçı oğlu), «böyüklər kimi hörmətli».

M.Maxpirov -lı şəkilçisindən bəhs edərkən Begtili adını begti+li hissələrinə ayırır (o cümlədən, Qangli), burada etnoqrafik mənsubiyyətin mövcudluğunu nəzərə çatdırır.

Bəydililər türk dünyasının bir çox ərazilərinə səpələnmişlər. Türkiyədə irili-xırdalı 24 Bəydili kəndi (köyü) vardır.

Bəydililər öz tarixi, dili və ənənələrini qoruyan boylardan olmuşlar. Onlar XII əsrin ortalarında Xorasanda Səlçuqlu hökmdarı Sultan Səncəri əsir almış, daha sonra Monqol istilasından qaçaraq (XIII əsrdə), Azərbaycan və Doğu Anadoluya köç etmişlər. Monqol istilasının yayılması ilə türkmənlər ilə birlikdə Suriyaya gedərək yeni qurulan Məmlük dövlətinə sığınmışlar.

Monqol zülmünün aradan qalxması ilə (XIV əsr) hərəkətə keçən Suriya türkmənləri ilə birlikdə Bəydili boyunun əksəriyyəti bir hissəsi (bölümü) Suriyadan ayrılaraq Güney və Doğu Anadoluya və İrana getmiş. Dulkadiroğulları, Ramazanoğulları bəyliklərinin, Ağqoyunlu və Səfəvi dövlətlərinin qurulması və inkişafında mühüm rol oynamışlar.

Bəydilli boyu Azərbaycan türklərinin. Anadolu türklərinin, İraq və Suriya türklərinin, Türkmənlərin etnogenezində iştirak etmişdir.

Bəzi mənbələrdə göstərilir ki, Bəydilli kəndinin adı Şahsevən tayfaları ilə əlaqədar yaranmışdır. Belə ki, Şahsevən tayfalarından birinin adı Bəydilli olub və bu tayfa indi Türkiyə ərazisindən XVI yüzildə Ərdəbil bölgəsinə gələrək məskunlaşıb. Başqa Şahsevən tayfaları kimi onlar qışı Muğan düzündə, yayı isə Savalan dağı ətəklərində keçirməklə köçəri həyat sürmüşlər.

XIX yüzilin axırlarında İran ilə sərhəddə köçəri Şahsevən tayfalarının hərəkətlərini izləmək üçün Biləsuvara göndərilən Oqranoviç yazır ki, Şahsevənlərin ilk əcdadı sayılan Yunsur Paşanın XVI yüzildə altı oğlundan biri olan Sanxan bəyin oğullarından birinin adı Bəydili olmuşdur.

Tədqiqatçıların fikrincə, Muğan ərazisində Anadoludan köçüb gələn Bəydili tayfası başqa İnallu tayfası kimi ayrıca bir tayfa olub və Yunsur Paşa ilə bərabər Muğan və Ərdəbil arasında məskunlaşıblar. Bəydili və İnallu tayfaları bu mənada Yunsur paşa ilə buralara Türkiyədən köçüb gəlmədilər.

Göründüyü kimi, tarixçilər Şahsevən tayfalarından biri olan bəydililərin mənşəyi barədə fərqli fikirlər söyləyiblər. Amma qaynaqlar bir-birindən fərqlənsə də, həmin tayfanın da Anadoludan köç etməsi faktdır.

Bəydililər XVI yüzildə Səfəvilər dövlətinin təşkilində və onun idarə olunmasında mühüm önəmə malik olan Şamlu tayfaları içərisindən bir çox tanınmış şəxsiyyətlərinə görə fərqlənmişlər. I Şah Abbasın zamanında Bəydililərin bir hissəsi Girman və Şiraza köçmüşlər. Bəydililərin Qədirli, Qubadlu, Ərəblu, Ulaşlı, Xəlfəli, Tatalı, Eyvazılılar kimi oymaqlarının olması qeyd edilir.

Bəydililər orta əsrlərdə başqa türk tayfaları ilə birlikdə Orta Asiyadan Azərbaycana və Yaxın Şərq ölkələrinə də gəlmişlər. Azərbaycanda qalan bəydililər öz adlarını olduğu kimi saxlamışlar.

Bəzi mənbələrdə bəydililərin şamlılardan olduğu qeyd olunur. Şamlılar İranda çoxluq təşkil edir və mənsəb sahibdirlər.

Müəllif: professor İsmayıl Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutu

Write A Comment