O öz əsərində, yerli əhalinin istifadə etdiyi müxtəlif ifadələrin italyanca tərcüməsini təqdim etməyə çalışırdı.

Məsələn, o yazır: “Sofiyalılar [səfəvi təbəəsi – red.] and içmək istədikdə “Şah başı ki”, yəni Şahın başına and olsun deyirlər, biri digərinə təşəkkür etmək istədikdə isə “Şah muradïn versin” deyirlər.

Membre Səfəvi təbəələrindən bəhs edərkən onları “Sufilər” (“Sofiani”), zadəganlar və saray əyanlarından danışarkən isə “Qizilbaşlar” (“Chisilpech”) adlandırır.

Bəzi səyyahlar və elçilər türk dilini bilmələri sayəsində tərcüməçiyə ehtiyac duymadan Qızılbaş şahları ilə rahatlıqla ünsiyyət qura bilirdilər.

Məsələn, I Şah Abbas (1587-1629-cu illər) 1601-ci ildə Polşa kralı III Sigizmundun Səfəvi sarayındakı elçisi Sefer Muratoviçin türkcə bacarığına heyran olmuş və onunla tərcüməçi olmadan danışa bilirdi.

P.S. Gördüyümüz kimi, Səfəvi sülaləsinin hakimiyyəti dönəmində, xalq arasında

türk dili çox yayqın idi. Sarayda və ümumən şahların xarici qonaqları, səyyah və elçiləri qəbulu zamanında məhz türk dilində danışılırdı. Hətta bəzilərinin bəyənmədikləri Şah Abbasın zamanında da.

Tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyevin “Səfəvilər Venesiya və Avropa mənbələrində” adlı monoqrafiyası.

Write A Comment