17-ci əsrdə Səfəvi dövləti ilə Rusiya arasında münasibətlər

Rus çarı İngiltərənin Səfəvilər dövləti hüdudlarında nüfuz qazanmaq cəhdlərini qısqanclıqla qarşılayaraq Osmanlı və Səfəvi dövlətləri arasında daim gərginliyin qalmasına can atırdı.
Əsrin sonlarına doğru Səfəvi şahı Moskva knyazının Osmanlı imperiyasına qarşı birgə çıxış etmək təklifinə mənfi münasibət bildirdi. İki dövlət arasındakı iqtisadi və siyasi əlaqələrdə ümumi marağın olması tərəfləri mövcud münasibətləri davam etdirməyə vadar etdi.

Əsrin sonlarına doğru Səfəvi hökmdarı rus çarının Osmanlı imperiyasına qarşı birgə çıxış etmək təklifinə mənfi münasibət bildirdi. Moskva knyazı Xəzər dənizinə Şərq ölkələrinə müdaxilə üçün mühüm vasitə kimi yanaşırdı.
Ruslar hər vasitə ilə Xəzər hövzəsində möhkəmlənməyə çalışırdılar. XVII əsrin sonlarında Dağıstan ərazisinin hansı dövlətə mənsub olması məsələsi Səfəvi dövləti ilə Moskva knyazlığı arasında münasibətlərin xeyli Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti gərginləşməsinə səbəb oldu.
1697-ci ildə İsfahana gəlmiş rus səfiri, Səfəvi dövlətinin proteksiyası altında olan ləzgi və digər Qafqaz tayfalarının osmanlılara yardım göstərməsi ilə bağlı çar hökumətinin etiraz notasını təqdim etdi. Rus səfirinin etimadnaməsini və notanı şəxsən şaha çatdırmaq niyyətində olduğunu bildirməsi, iki dövlət arasında əlaqələrin kəsilməsi kimi qiymətləndirildi.

Odur ki, səfiri həbs etməyi və onun hərəkəti ilə bağlı Moskvadan izahat alınmayana qədər buraxmamağa qərar verildi. Səfir 1699-cu ilin yayına qədər həbsdə saxlanılır və yalnız Ankor arxiyepiskopu işə qarışdırdıqdan sonra azad olunur.
XVII əsrin sonunda I Pyotr Osmanlı imperiyasına qarşı mübarizədə Səfəvi dövlətinin siyasi əhəmiyyətini qəbul edirdi. Rus çarı səhih informasiya əldə etmək məqsədilə 1697-1698-ci illərdə Səfəvi sarayında rezident postu təsis olunmasına çalışırdı. Bu məqsədlə o, Vasili Kuçukovu Səfəvi sarayına yollayır.
Lakin “incə bacarıqlı diplomat və çox güman ki, o qədər də ağıllı olmayan V.Kuçukov Şah Sultan Hüseynin çar qramotasını şəxsən onun əlindən qəbul etməkdə israr etdiyi üçün tapşırığı yerinə yetirə bilmir və Səfəvi ölkəsindən qovulub çıxarılır”.

XVII əsrin sonlarında çar I Pyotr Xəzər dənizinin şərq sahili boyunca yerləşmiş limanlara gəmilər göndərmək və burada ticarəti genişləndirmək üçün yeni dayaq məntəqəsi yaratmaq niyyətində idi. Artıq əsrin sonuna yaxın Rusiyanın Xəzər dənizində müəyyən sayda gəmiləri vardı.
1700 ildə rus eskadronunun komandiri kapitan E.Meyer rus gəmiləri ilə Bakı buxtasına azad giriş hüququnun verilməsini Səfəvi dövlətindən tələb edir. Səfəvi hökuməti bu tələbi rədd edir, Bakının müdafiəsiz olduğunu nəzərə alaraq, şəhəri möhkəmləndirməyə başlayır.

Tofiq Nəcəfli, “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” kitabından

Write A Comment