1905-1907-ci ildə Rusiyada ilk inqilab baş verdi. Bu inqilabın qarşısında mütləqiyyətin devrilməsi, təhkimçiliyin qalıqlarının ləğv edilməsi dururdu. Nəhayət, Çar Nikolay bəzi güzəştlərə getməyə məcbur oldu.

Bu nisbi azadlığın nəticəsi nə oldu?

Azərbaycan türkləri ibtidai təhsillərini öz ana dillərində görmək, bunun üçün müəllim məktəbləri açmaq, türkçə qəzet çıxarmaq və XIX əsrin sonunda Həsən bəy Zərdabi tərəfindən başlanan və Türk-Rus müharibəsindən sonra jurnalistika fəaliyyətini canlandırmaq, təsis olunan Rusiya Dövlət Dumasına millət vəkili göndərmək kimi haqqlar qazandı.
Bakıda Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə başda olmaqla, “Həyat”, “İrşad”, “Fyüzat”, Tiflisdə “Molla Nas rəddin” kimi türkcə qəzet və jurnallar intişar etməyə başladı. Təşkil olunan “Maarif Nəşriyyatı Cəmiyyəti” Bakıda va ölkənin hər yerində saysız-hesabsız məktəblər açmağı qarşısına məqsəd qoydu. Nəşriyyatlar çoxaldı. Ədəbiyyat nəhəng insanların sayəsində inkişaf etməyə başladı.

Hələ XIX əsrin ilk yarısında təsis olunmuş Azərbaycan teatri canlandı. Mirzə Fətəli Axundovun məktəbini davam etdirən dramaturqlar Azərbaycan səhnəsinə ölməz əsərlər təqdim etməyə başladılar.
1907-ci ildə Azərbaycan bəstəkar larından Üzeyir Hacıbəyov ilk dəfə Füzulinin “Leyli və Məcnun” əsərini opera şəklinə saldı. Onu digər operalar əvəz etdi.
Azərbaycan teatrina Bakı varlılarından olan mərhum Hacı Zeynalabdin Tağıyev bir teatr binası hədiyyə etdi. Meydana Hüseyn Ərəbli kimi dram aktyoru, Mirzağa və Cahangir kimi komediya, Hüseynqulu Sarablı kimi opera sənətkarları çıxdı.
Müxtəlif ədəbi, maarif, sanat, teatr, iqtisadi təşkilatlar və cəmiyyətlər artdı. üsusilə erməni-türk münaqişələrindən sonra sənaye və ticarət sahəsində Azərbaycan türkləri fəallaşdı. Azərbaycan sərmayədarları, tacirləri, zavodlar, gəmiçilik, ticarət və sənaye şirkətləri meydana çıxdı..

Onu da qeyd edək ki, Nikolay bu sövdələşməyə məcburi getmişdi. 1907-ci ildə vəzifəyə gələn Stolipin ilə bərabər qara irtica başladı. Hər yerdə müstəbidlərin elədiyi kimi, Nikolay verdiyi vədləri geri götürməyə başladı.

İstinad: M.Ə.Rəsulzadənin, “Qafqaz xatirələri” əsərindən

Write A Comment