Burada “Şeyx Səfi qanunu” işləyirdi

I Şah İsmayıl 1514-cü ilin qışında İsfahanda olduğu zaman əhali buğdanın azlığından şikayət edib, yeni məhsulun hələ zəmilərdən toplanmadığını, köhnə buğdanın isə satılmasına imkanlı adamlar tərəfindən qadağa qoyulduğunu bildirdi.

Məlum oldu ki, möhtəkirlər qiyməti daha da yüksəltmək üçün məhsulun bazara çıхаrılmasına mane olurlar. Qəzəblənmiş şah fərman verdi ki, taxılı olanlar özləri üçün yalnız bir illik məhsul saxlayıb, qalanını indiyədək olandan da ucuz qiymətə satışa çıxarsınlar.

Lazımi nəticə alınmadıqda əmr verildi ki, evləri yoxlayıb gizlədilmiş taxılı toplasınlar. Ardınca car çəkildi ki, əgər bundan sonra da kimsə taxılı gizlətsə, üstü açılanda həm özü edam ediləcək, həm də əmlakı müsadirə olunacaq. Bundan qorxuya düşən imkanlılar gizlətdikləri bütün məhsulu bazara daşıdılar. Nəticədə şəhərdə ki ərzaq çatışmazlığı aradan qalxdı və möhtəkirliyin qarşısı alındı.

Səfəvilər dövlətinin bazarlarındakı qayda-qanun və nizam-intizam əcnəbi səyahları heyrətə salırdı. XVII əsrdə Səfəvilər dövlətinə səfər etmiş türk səyyah Övliya Çələbi Təbriz bazarı haqqında yazarkən burada “Şeyx Səfi qanunu”-nun, yəni Şeyx Səfiəddin Ərdəbilinin buyruqlarının bərqərar olduğunu qeyd edirdi.

Ticarətdə saxtakarlıq ən ağır şəkildə cəzalandırılırdı, ifşa olunmuş fırıldaqçının gözlərinə mil çəkilir, başına qızmış daş qoyulurdu.

📚İstinad: “Qızılbaş Ensiklopediyası”

Write A Comment