Azərbaycanın birləşdirilməsi uğrunda mübarizə..

1785-ci ildə Ağa Məhəmməd şah Qacar tam gücü ilə fəaliyyətə başladı və yenə də onun qoşununun sayı o qədər də çox deyildi. Altı min, 4000, hətta 600 atlı ilə Şirazı tutması haqqında məlumatların yer aldığı mənbələr var.
Sonradan onun ordusunu kimlər təşkil etdi? Vaxtilə Şah İsmayıl Xətai ordunu necə komplektləşdirmişdisə, Ağa Məhəmməd şah Qacar sanki o yolu davam etdirirdi.

Yəni, onun ordusunda əsas nüvə rolunu Azərbaycan, türk tayfaları oynayırdı – qacarlar, qaragözlər, qarapapaqlar. Bəzi mənbələrdə qacarların özlərini qarapapaqlar hesab edirlər. Məşhur amerikalı alim Vilyam Fişer qeyd edir ki, qarapapaqlar əslində qacar sülaləsindəndirlər və qacar sözünü daha çox qarapapaqlara bağlayırlar.
Bunu təbii ki, onların başlarına qoyduqları papaqla da izah etmək mümkündür. Çünki qacar şahlarının əksəriyyəti rəsmi geyimlərində tacdan çox qara papaq üstünə qızıl zəncir vurulmuş şəkildə təsvir olunur.

Ağa Məhəmməd şah Qacarın türkmənlərlə, xüsusilə yomut tayfası ilə problemləri yaranmışdı və o tayfanı cəzalandırdı. Qalan türkmən ordusu isə Azərbaycanın birləşdirilməsi uğrunda mübarizəyə başlayır.
Ağa Məhəmməd xan Qacarın vaxtında atdığı bu addım Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən işğalını xeyli ləngitdi.

Yəni, faktiki olaraq, 1795-ci ildə Arazı keçən Ağa Məhəmməd xan Qacar bu dəfə 60 minlik ordu ilə 3 istiqamətdə hərəkət edir. Bunu sovet tarixşünaslığında işğal kimi qələmə verirlər, amma işğal demək düzgün deyil.
Çünki Qacara qədərki mənbələrdə hər yerdə yazılır ki, Arazdan şimaldakı Azərbaycan torpaqları qacarların domeni idi.
Domen indiki dövrdə mülk mənasında işlənir.
Yəni İrəvanda hakimiyyətdə olan xanlar Qacar nəslindən idi, Gəncədə, Şəkidə hakimiyyətdə olan Qacar nəslindən idi. Yəni o, faktiki olaraq, Azərbaycanı birləşdirmək uğrunda mübarizəyə başlamışdı.

BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, Kərəm Məmmədli

Write A Comment