Şirvanın, Əxlatın, Mövsilin (Mosulun), Farsın, Gilanın, Təbəristanın feodal hökmdarları özlərini Azərbaycanın böyük atabəyi Eldənizin vassalı hesab edirdilər.

Eldənizin oğulları Cahan Pəhləvan və Qızıl Arslanın dövründə Azərbaycan Atabəyləri dövləti yüksəlişini yaşayırdı.
Qızıl Arslanı sultan elan edən Bağdad xəlifəsi belə atabəylərin təsiri altında idi. Böyləliklə, Azərbaycan hökmdarlarının “atabeg al-azam” (böyük atabəy) tituluna “sultan” (yəni, müsəlman dünyasının ali dünyəvi lideri) titulu da əlavə edildi.

Sultan Qızıl Arslan sənətə, elmə himayədarlıq edirdi. O, dəfələrlə Şərqin görkəmli mütəfəkkiri, azərbaycanlı şair Əbu Məhəmməd İlyas Nizami ilə görüşüb.

Şərq poeziyasının klassiki Nizami məşhur “Xosrov və Şirin” poemasını məhz Qızıl Arslana həsr etmişdir.
Cahan Pəhləvanın adı isə orta əsr Azərbaycan memarlığının incisi – Cahan Pəhləvanın və Qızıl Arslanın anası, atabəy Eldənizin həyat yoldaşı Möminə xatunun xatirəsinə inşa edilmiş türbə ilə bağlıdır. Paytaxt Naxçıvandakı məqbərənin tikintisininə atabəy Eldənizin dövründə başlanıldı.

Türbənin inşasını tamamlayan Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvan oldu.
Bu işdə atabəy Məhəmməd layihənin baş memarı, yerli mühəndis Əcəmi ibn Əbu Bəkr Naxçıvani (Memar Əcəmi) ilə sıx əməkdaşlıq edirdi.

İstinad: atabegs.amireyvaz.com

Write A Comment