“Gürcüstanla başlanan müharibə məşhur sülhlə nəticələndi.

Gürcüstanı təhdid edən Azərbaycan Bolşevik hökuməti imzaladığı bu sülh sazişi ilə Müsavat firqəsi hökuməti ilə Gürcüstan Menşevik hökuməti arasında əvvəlki anlaşmaya görə qəti surətdə həlli məhkəməyə həvalə olunacaq Borçalı ərazisini tərəddüdsüz Gürcüstana verdi.

Qədim Azərbaycan ərazisi olan və Gürcüstan tərəfindən qəbul edilmiş Zaqatala üçün məhkəməyə müraciət etmək təklifini qəbul etdi.
Azərbaycanın siyasi mənafeləri naminə müharibəyə başlayacaq hökumət nəticədə ölkəni parçalayıb hədiyyə etməklə sülhə imza atmaq üçün heç bir maneənin olmadığını irəli sürürdü.

Belə bir məqamda faciəyǝ erməninin və yaxud türkün mübtəla olacağının Rusiya üçün nə əhəmiyyəti ola bilərdi?!.
Təki bunların hamısı Rusiyanın olsun və aradakı ixtilaflar həll edilsin.
Belə halda müsəlmanların itirməsi lap yaxşı!”

M.Ə.Rəsulzadənin, “Qafqaz xatirələri” əsərindən

Write A Comment