Deyirsiz Azərbaycan dili sənədləşmədə istifadə olunmurdu?
Bəs Quba xanı, Dağıstan feodallarının razılaşmaları necə olsun?

Diqqət yetirin:


Cənubi Dağıstan feodallarının məğlubiyyəti və onların məcburi təslim olması Quba xanlığına şimaldan basqınlar təhlükəsini tam aradan qaldıra bilmədi. Məhz buna görə də XVIII əsrin 70-ci illərində Quba xanlığının siyasətində Qaraqaytaq, Qazıqumux, Tabasaran və başqa dağ feodalları hökmdarları ilə münasibətlərin tənzimlənməsi mühüm yer tuturdu.

Eyni zamanda, bu məsələlər Rusiya hökumətinin də diqqətini cəlb etdi, hansı ki, 1775-ci ildə Qafqazdakı rus qoşunlarının komandanlığına Cənubi Dağıstan feodallarının Quba xanlığı ilə münasibətlərini tənzimləməyi tapşırdı.

Feodal hökmdarlarının yığıncağında, Qafqazdakı rus qoşunları komandanlığının nümayəndəsi tərəfindən yerli hökmdarların Rusiya qarşısında öhdəlikləri şəklində tərtib edilmiş, razılaşma əldə edildi.

Öhdəliklərin mətni bizə Azərbaycan dilində gəlib çatmışdır və 1776-cı ilin aprelinə aiddir.

Mətnə imza əvəzinə üç möhür vurulmuşdur: onlardan ikisi Utsmiy Əmir Qəmzə və qazi Rüstəmə məxsus idi. Üçüncü möhürə gəlincə, o, Fətəli xanın möhüründən xeyli fərqlənir. Bu, Quba hökmdarının müqavilənin mətnini imzalamadığını deməyə əsas verir.
Buna baxmayaraq, mətndə deyilir ki, Quba xanı Fətəli və Cənubi Dağıstan hökmdarları sülh razılaşmasına gəliblər.

Beləliklə, orijinaldan müəyyən edə bildiyimiz mətnin bir hissəsi:

  1. “Bizim aramızda Dərbənd və Qubalı Fətəli xan ilə işlərimizi kuta eyləyən barışmağa buyuruqdur”
  2. “Üçüncü: Rusiya mətəəbəsində olan mə ğeyri xristian dinində olan adamların sövdəgərlərin bəzən tacir, öymüzdən qayıdan və qalan adamların tutmazımız və həm tulamazmız və bir ziyan eylənməz məhz sağ-salamat kənd və yerlərimizin adamımızı qoşub uzatdırırmız.”
  3. “Hər kim biz Dağıstan bəylərindən və bizim adamlarımızdan Rusiya mətəəbəsində olan adamlarını və ya Dərbənd xanı olan və onun rəyalarına tərəfimizdən bir türlü xətər edidcəq olursaq, əvvəl zamanda şövkətli, qüdrətli immperator əzim həzrətləri bizi qəzəb və tənbeh eyləsin.”

Eyni zamanda Quba xanlığının 1782-ci ildə Rusiya ilə ticarətlə bağlı götürdüyü öhdəliyə dair sənəd də var. Mətn Azərbaycan dilində yazılıb və sonunda xanın möhürü var.

Bütün bunlardan belə nəticə çıxır: Cənubi Dağıstan hökmdarları Rusiya ilə sənədləşmə işlərini həm də Azərbaycan dilində aparırdılar. Quba və Dərbənd xanı Fətəli xan da öz yerində.

İstinad: Из истории Северо-Восточного Азербайджана в 60-80-х гг. XVIII в. – Г.Б.Абдуллаев

Write A Comment