ABŞ-ın Indiana Universitetinin Dosenti tarixçi Süleyman Fazil, Əfqanıstan Qızılbaşlarına edilən qətliamlar, Qızılbaş ağsaqqalları ilə görüşlərdən və Qızılbaşların Çindavul məhəlləsini yaratması haqqında belə bəhs edir;

«1992-96-ci illərdə Mücahidlərin bir-biri ilə güzəştə getməməsi dağıdıcı vətəndaş müharibəsi ilə nəticələndi. Kabilin Qızılbaş əraziləri darmadağın və talan edildi. Əfşar qətliamı vətəndaş müharibəsi zamanı Qızılbaşların faciəsini göstərən hadisədir.

Yüzlərlə qadın və uşaq gecə yatarkən öz evlərində öldürdülər. 2011-ci ildə Kabilin Qızılbaş məhəlləsində (Çindavol) və Məzari Şərifdə Aşura mərasimi zamanı baş verən ölümcül partlayışlardan sonra Prezident Həmid Kərzai Böyük Britaniyaya səfərini ləğv etmişdi. 58 nəfərin həyatını itirdiyi, onlarla insanın isə ağır yaralandığı bildirilir.

Şiələrin məclis yerlərinə intihar hücumlarının davamlı qorxusu ilə yanaşı, Kabildə söhbət etdiyim Qızılbaş ağsaqqallarının çoxu “siyasət sferasında az təmsil olunduqlarını” düşünürlər. Qızılbaşlar Əfqanıstanın digər böyük etnik qruplarının sahib olduğu himayədarlıq hüquqlarına sahib deyillər. Budur, həmsöhbətlərim [Qızılbaşlar] tərəfindən dəfələrlə bildirilən narahatlıqların qısa siyahısı;

  1. Qızılbaşların ata-baba məhəllələri və məzarlıqları ‘yeni abadlıq planı’ səbəbiylə təhlükə altındadır,
  2. Qızılbaşların yaratdığı məhəllələrin və məktəblərin adı dəyişdirilir.
  3. Əfqanıstan Milli Muzeyinin etnoloji sərgisində heç bir şiə mədəni əsəri yoxdur və
  4. Təhsil Nazirliyinin nəşr etdiyi kitablarda Şiə İslam haqqında heç bir müzakirə yoxdur. Sonuncu məqam vacibdir, çünki tələbələr bu məsələlər ilə tanış deyillər.

Qızılbaşlar Əfqanıstanın şəhərlərində qeyri-bərabər şəhər əhalisi bölgüsünə malikdirlər. Kabildə şəhərin bütün yerlərinə səpələniblər, lakin bəziləri bir neçə xüsusi məhəllədə cəmləşib. Məhəllələr arasında Qızılbaş xalqının tarixən məskunlaşdığı Çindavul və Murad Xani daxildir, həmçinin dərin mənalı zəngin mədəni və dini (şiə) mərasimlərin keçirildiyi yerlərdir.

«Çindavul və Çindavulular müqəddəsdir
Əfsanələr diyarı, açıq sözlü
Bunun niyə Çindavul adlandığını bilmirsən?
Başlanğıcdan bura igidlərin ölkəsi idi
Əgər Kabil üzük olarsa
Onun gözəl qaşı Çindavuldur, ey canlar
Çindavul torpağı bərəkətlidir
Onun daxili xoşbəxtlik mədəniyyəti var
Mübarək torpağında bir gecə də yatmayıb
Vətəni satan hər kəs
Fədakar [Qızılbaş – red.] qoşunun ətri
Çindavuldakı aşiqlər tərəfindən tapılacaq
»

Qəzəl itirilmiş izzət ağrısını ifadə edir. Çindavul zirvəsində dövrün mötəbər adamlarının, atlılarının və sahibkarlarının yaşadığı bir yer idi. Qəzəl də üçüncü misrada ritorik sual verməklə Çindavolun tarixini xatırladır. Sakinlərinin xatırladığı Çindavolun tarixi və mədəniyyəti ilə davam edək. 1738-39-cu illərdə Qızılbaş hərbi hissələri Kabildə məskunlaşaraq Çindavulu yaratdılar.

Bu, möhkəmləndirilmiş ərazi idi. Çindavul bir şiə məhəlləsi idi. Öz bazarı, məscidləri, camaatları, hamamları, emalatxanaları var idi. Çindavul Türkcə hərbi sözüdür, “mühafizə” mənasını verir. Qızılbaş birləşmələri Nadir Əfşarın tayfa bölgüsünə və ya İrandakı mənşəyinə görə Çindavulda məskunlaşdılar.

Çindavolun ilk məskunlaşanlarının Qacarlu, Mahmudlu və Kəngərli nəsillərindən ibarət olan Cavanşir Qızılbaş qollarından olduğu güman edilir. Digər əsas ailə Şahsevənlər idi. [Qızılbaş xanları] Əmir Aslan Xan və Cəfər Xan Çindavolun ilk rəhbərləri kimi xatırlanır.»

Mənbə: Solaiman M. Fazel, “Ethnohıstory Of The Qızılbash In Kabul: Mıgratıon, State, and A Shı’a Mınorıty”

Vahid İbayev

Write A Comment