«1919-cu ildə Kəşmirin Şrinaqar şəhərində aristokratik ailədə anadan olmuşdur. Ailə 19-cu əsrin əvvəllərində Əfqanıstanın Qəndəhar şəhərindən Kəşmirə köçmüş hərbi Qızılbaş aristokratiyasına mənsub idi. O, Qızılbaşların Əfşar nəslindəndir.

Hindistanda Britaniya müstəmləkəçiliyinin sona çatması zamanı, Şövkət Əli Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın tələbi ilə 1946-cı ildə təhsildar kimi dövlət xidmətlərindən istefa verdikdən sonra Ümumi Cammu və Kəşmir Müsəlmanları Konfransına baş katib kimi qatıldı.

Ağa Şövkət Əli 1946-48-ci illərdə Kəşmirin dəyişən siyasətində mühüm rol oynamışdır. O, Müsəlman Konfransının Baş katibi oldu və Kəşmirdə Məhəmməd Cinnah siyasətinin təbliğində mühüm rol oynamışdır. Sonra Ağa Şövkət Əli Kəşmirin Hindli hakimi tərəfindən həbs edildi. 1947-ci ildə Pakistan qurulanda Ağa Şövkətin həbsdən azad edilməsinə BMT vasitəçilik etdi.

O, Hindistan və Pakistan arasında siyasi məhbus mübadiləsinin bir hissəsi olaraq azad edilib. Ağa Şövkət Əli, Gilgitdə Pakistan müsəlman qüvvələri tərəfindən həbs edilmiş Gilgit qubernatoru General Qansara Sinq ilə dəyişdirildi. Cinnahın ölümündən sonra Şövkət Əli Müsəlman Konfransından xaric edildi. Daha sonra Pakistan Təhlükəsizlik Mərkəzi Xidmətlərində vəzifələr tutdu.

Ağa Şövkət Əli Pakistan Mərkəzi Xidmətinin ən güclü adamlarından və sirli adamlarından biri hesab olunur. Belə ki, Ağa Şövkətin Rütbəsindən tutmuş, Pakistan Dövləti adına keçirdiyi kəşfiyyatlar bilinmir və demək olar ki, sirr olaraq saxlanılır.

O, həm də 2-ci Prezident Əyyub Xanın İnformasiya Katibi vəzifəsində çalışıb. Vaxtilə bu Qızılbaş ailəsi Kəşmirdə hakimlik dərəcəsində yüksək vəzifələr tutmuş və Kəşmir Müsəlmanları rəhbəri olmuşdular. O, vətəni Kəşmiri çox sevirdi. Onun Kəşmir məsələsi ilə bağlı Pakistan prezidenti Pərviz Müşərrəfə təkliflər verdiyi bildirilir.

Onun anası Bəgüm Zəfər Əli xanımda Pakistanın böyük siyasətçilərindən biri idi və Fatimə Cinnahın ən yaxın rəfiqəsi idi. Şövkət Əli 2013-cü il martın 19-da ABŞ-ın Virciniya ştatının Vyana şəhərində vəfat edib.»

Fotonu rəngləndirən və yazının müəllifi: Vahid İbayev

Write A Comment