Şah Süleyman Səfəvinin hakimiyyəti dövrü, 1684-1695-ci illərdə Qızılbaş dövlətində yaşayan fransız missioner Sanson qızılbaş papaqlarını kimlərin geyə biləcəyi haqqında maraqlı qeydləri var.

“Persiyada [Səfəvi İmperiyası] 6 böyük dövlət vəziri var ki, onlara “rüknə dovlət” deyirlər ki, bu da “dövlətin dirəkləri və ya dayaqları” deməkdir.

“Mehmandarbaşı və ya elçiləri təqdim edən şəxs, həmişə kralın yanında əlində üstünə söykəndiyi əsa ilə durur. O, başında “tac” [qızılbaş papağı] daşıyır…Bu papaq növü böyük hörmətdədir, çünki onların dediyinə görə o, 12 imamlara həsr olunub…Bütün xanlar və qızılbaşlar əlamətdar günlərdə onu geyinir, lakin tatlara [farslara], uzun paltarlarlılar kimi, onu geyinməyə İCAZƏ VERİLMİR, hətta Etimad əd-Dövləyə [vəzirə], çünki o, döyüşçü deyil.”

İstinad: “Voyage, ou, Relation de l’etat present du royaume de Perse”, Sanson, səh. 39

Türkün səsi 1/7

P.S. Nəzərə alaq ki, Sansona görə Etimad əd-Dövlə – dövlətin baş kansleri, şuranın rəhbəri və gömrük rəisidir. O, xarici dövlətlərlə bütün əlaqələrə, həmçinin ticarət əlagələrinə diqqət yetirir. Onun əmri olmadan heç bir müavinət və ya mükafat ödənilmir və bir sözlə, o, praktiki olaraq ölkə rəhbərinin canişinidir. O, padşahın fərmanlarını təsdiq edir.

Beləliklə, qızılbaş papağı ilkin zamanlardakı kimi öz mistikliyini və məxsusluğunu itirməmişdi.

Write A Comment