– Ağqoyunluların bu mövgeyi osmanlılara ciddi təsir etmişdi..

İsmayıl Aka, “Səlcuklu Sonrası Orta Doğu’da Türk Varlığı” adlı məqaləsində Osmanlı tarixçisi Şükrüllahın Sultan Murad tərəfindən elçi olaraq Qaraqoyunlu sarayına getməsi və burada dövlət başçısı Cahanşahla görüşü haqqında maraqlı bir dialoq haqqında yazır.

Bu yazıda qeyd olunur ki, Şükrullah nəql edir ki, Cahan Şahla görüşü zamanı Qaraqoyunlu hökmdarı Sultan Muradla onun (yəni Cahanşahın) eyni kökdən gəldiyini və qohum olduğunu deyib:

“Qardaşım Sultan Muradın nəsəbi Oğuz oğlu Göy Alpa gedib çıxır. Göy Alp oğulları Qızıl Boğa oğlu Kaya Alp oğlu Süleyman Şah oğlu Ərtoğrula 45-ci göbəkdən çatır.

(Qaraqoyunlu hökmdarı) Qara Yusifin nəsəbi isə 41-ci göbəkdə Dəniz Alpa çatır”.

İsmayıl Aka məqaləsində bu hadisəni və Cahan Şahın sözlərini onun milli hisslərinin və mədəniyyət səviyyəsi olaraq göstərir.

Oxşar vəziyyət Ağqoyunlu hakimiyyətində olub.

Ən böyük Ağqoyunlu hökmdarı Uzun Həsən özünü Bayındır Xanın nəvələri olduğunu, dövlətin pul, fərman və bayrağında Bayındır boyunun damqasını qoyurdu.

Eyni zamanda Uzun Həsən özünü Anadolu türklərinin tək hökmdarı olaraq görür, Osmanlı və Məmlük ölkəsində türklərə qeyri-müsəlman münasibəti göstərilərək onlardan xərac alındığını bildirirdi. İsmayıl Akaya görə, bu, Uzun Həsəndə milli hisslərin gücünü göstərirdi.

Eyni zamanda Aka hesab edir ki, Ağqoyunluların bu mövqeyi Osmanlılara şərqdə ən böyük rəqibi olaraq ciddi şəkildə təsir etmişdi. Yazara görə, Osmanlı xanədanının Oğuz Xanın nəslindən və Qayı boyundan olması ilə bağlı iddiaları sadəcə Oğuzlara olan sevgidən deyil, eyni zamanda Ağqoyunlular və xüsusən də Uzun Həsən ilə rəqabətlə bağlı idi.

Aka, İ. (2014). “Selçuklu Sonrası Orta Doğu’da Türk Varlığı”, Türkler Ansiklopedisi, C.6. Ankara: Yeni Türkiyə Yayınları.

Kənan Rövşənoğlu

Write A Comment