1833-34-cü illərdə Qafqazda olan alim, naturalist, yazıçı, arxeoloq, tarixçi Dübua de Monpere bu tədqiqatı ilə bağlı “Qafqaz ətrafında səyahət” adlı 6 cildlik və ona əlavə olaraq atlas və ilüstrasiyaları nəşr etdirir.

Həmin əsərdə Azərbaycanla bağlı maraqlı və diqqətə layiq qeydlər var:

“Naxçıvan bütün əsrlərdən keçərək, həmişə öz keçmiş şöhrətinin hansısa abidəsini geridə qoyur. Onun bir neçə parlaq dövrləri var idi; Ona ən böyük rahatlıq gətirənlərdən biri də buranın Adərbaycan padşahlarının və atabəylərinin iqamətgahlarından birinə çevrilməsi idi. Bu şəhərin əksər abidələri bu dövrə aiddir.

Naxçıvanla əlagəli verdiyim rəsmdə ən diqqətçəkən ikisini təsvir etmişəm: sağda Xan qülləsi; solda Atabəylər qalasının köhnə giriş qapısı var ki, ondan yalnız divar parçaları salamat qalmışdır. Portalın kərpicdən olan, mozaikadan ibarət iki minarəsi var. Qapının üstündəki sahəni iri mavi hərfli yazı əhatə edir.

Bu kufi yazısı .. belə tərcümə edilir:

“Müdrik, ədalətli, ali padşahı və atabəy Əbu-Cəfər Məhəmməd, atabəy İldəgizin oğlu. Allah məzarını nurlandırsın.”

Cənab Fran bu yazının natamam olduğunu bildirir.

Dübua de Monpere, “Qafqaza səyahət”.

Write A Comment