Düşünürəm bununla da Şah Abbasın guya farslaşması cəfəngiyyatını bir daha eşitməyəcəyik.

‼ Türkiyə tarixçisi F.Sümərin unikal qaynaq materiallarına əsaslanaraq yazdığı kimi, qullar və oturaq əhaliyə mənsub tüfəngçilər Qızılbaşlara qarşı müvazinət ünsürü kimi yaradılsa da, yarımköçəri Türk oymaqları əskidə olduğu qayda üzrə yenə də dövlətin ana dirəyi olub, öz nüfuzunu qouyub saxlamışdılar.

Daha sonra F.Sümər qeyd edir:

«Dövlət xidmətindəki taciklər (İranlı yaxud fars) heç bir zaman Səlcuqlu dövründə olduğu kimi, dövlətin siyasi həyatında mühüm rollar oynamamışdılar».

Qeyd olunduğu kimi, qeyri-türk soylu, ancaq türk dilli əmirlərin I Şah Abbasın islahatı ilə dövlətin idarəetmə orqanlarında işə cəlb olunmasını dövlətdə iranlılaşma prosesinin başlanması kimi qəbul etmək əslində düzgün deyildir.

Avropa dövlətləri tarixinin XVI-XIX əsrləri izlənilərkən hətta ayrı-ayrı ölkələrdə doğma dillərində danışmaq qəbahəti və idarəçiliyə başqa xalqlardan olan əsilzadələrin kütləvi cəlb olunması hallarına az təsadüf edilmir. Halbuki Qərb tarixçiliyində bu vəziyyət dövlətlərin milli mahiyyətini dəyişməsi kimi qəbul edilmir və yaxud bu məsələlərə heç toxunulmur.

Əlavə olaraq bir məlumatı da qeyd edək ki, səyyah Con Frensis Gemelli Kareri öz kitabında Şah Abbasın dönəmindəki əminamanlıq haqqında bunu yazırdı:

Mən Yezuitlər Monastırında nahar etdim və cümə günü xəbər aldım ki, Naxçıvana gürcülərdən ibarət başqa kiçik bir dəstə də gedir, mən də onlarla getməyə qərar verdim. Persia hökmranlığında olan torpaqlar quldurlardan daha azad idi, nəinki Türklərdə.. [osmanlılarda -red.].

📜 Ədəbiyyat:

1. Zabil Bayramlı, “Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu”, səh.66-67
2. John Francis Gemelli Careri, “A Collection Of Voyages And Travels” – Vol.4, səh.114

Write A Comment