Qaraqaşlar — qıpçaq türklərindən biri olan noqay etnik qrupuna aiddir. Təsadüfi deyil ki, onlar özlərini “Qara noqay” və ya “Noqay Qaraqaş” adlandırırlar. Bu tayfanın çox yayıldığı ölkələrdən biri olan Tatarıstanda Astarxanin (bu diyarda Qaraqaş adlı çoxlu kənd vardır) Krasnoyar və Xarabalı rayonunda yaşayırlar.

Qıpçaq türklərindən və türkləşmiş moğol qəbiləsi olan Manqıtlar tayfa ittifaqına daxil olan noqaylar adlarını XIII əsrdə bu tayfa ittifaqına rəhbərlik edən Çingiz xanın torunu Noqay xandan almışdı. Xəzər dənizinin şimal və şimal şərqindəki torpaqlar ilə İdil çayından başlayaraq, Kuban nəhrinin şimalına qədər Xəzər dənizi və Azak dənizi arasında uzanan Dəşti-Qıpçaqda yaşayan noqaylar XVI əsrin ortalarında Böyük və Kiçik Orda olaraq iki yerə ayrıldılar.

Karakaş ~ Qaraqaş yaşayış məntəqələri adları Türk aləmində yetərincə yayılmışdır: Uyğurustanda çay, Tatarıstanda qəsəbə (Yutazin ray.), Azərbaycanda Qaraqaş yaylağı (Laçın r.), Qaraqaşlı (Gədəbəy r.) dağı var.
Bunlarla bərabər, rusların türk mənşəli soyadları içərisində Karakaş soyadı da vardır.

XV əsrdə Qazı Qumuq şamxallığı beş müstəqil bəyliyin (Qazı Qumuq, Karakaş, Kara budak, Arpalı, Cenqotay) biri Kara Kaş adlanırdı.
Şabranın Hacıqaraqaş kəndi, XVIII əsrin axırlarında Quba xanı Fətəli xanın (1757-89) Qarabağdan köçürüb gətirdiyi qaraqaşlı tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacı həmin ailələrin başçısının adı olmuşdur.

Professor, Minəxanım TƏklƏli.

Write A Comment