I Şah İsmayıl Bahadur xan Səfəvi Bağdadı fəth edəndə əhali onu qarşılamaq üçün küçələrə tökülmüşdü:
1508-ci ildə Şah İsmayıl Bağdad şəhərinə daxil oldu. Əhali “dövlət – Şah İsmayıl Bahadır xanın dövlətidir, qılınc – qızılbaş qazilərinin qılıncıdır” deyərək küçələrə töküldü” (1).
I Şah İsmayılın Bağdad fəthi daha ətraflı belə təsvir edilir:

“Şah İsmayılın Bağdada daxil оlması belə təsvir edilmişdir: “Şah İsmayıl ayulduz bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla оnu qarşılamağa çıxdı. Sadə camaat Bağdad və başqa şəhərlərdən gəlib şadlıq içində qeyri-adi qələbələr və ilahi təyinatla bağlı hökmdarı qarşılayırdı.
Оnlar sevinc və bəxtiyarlıq içində idilər. İraqlıların adətincə çоxlu qurbanlıq buğalar gətirilmişdi. Alqış və dua edərək buğaları kəsir, başlarını Şah İsmayılın atlılarının ayaqları altına atırdılar.
Şah İsmayıl “Çaharbağ”a düşdü və Bağdad əhalisinə dərin mehribanlıq, mərhəmət və səxavət göstərdi” (2).

Qaynaqlarlar:
(1) Namiq Musalı, “I Şah İsmayılın Hakimiyyəti (“Tarix-i Aləmara-yi Şah İsmayıl” Əsəri Əsasında)”,
(2) “Şah İsmayıl Xətayi. Əsərləri”, Bakı-2005.

Qeyd: İraq, tarixi Azərbaycan dövlətlərin tərkibində olmuş və bu dövr ərzində iraqlılarla azərbaycanlılar arasında sıx əlaqələr mövcud olmuşdur.
Əlavə olaraq da, bu gün İraqın şimalında (Türkmaneli adlanan Kərkük, Mosul və Ərbil bölgələrində) 3 milyondan çox Azərbaycan türkmanı yaşayır.

Ramil Əkbərov

Write A Comment