Müasir dövrün başlanmasından əvvəl bir çox mənbələrdə (orta əsr) Azərbaycan əhalisinin böyük hissəsinin “türkman tayfaları”ndan ibarət olması barədə məlumatlar təəccüb doğurmamalıdı.

Türkmən/türkman termini, müəyyən tarix kəsiyində, müsəlman oğuzları ifadə etmək üçün tez-tez istifadə olunurdu, baxmayaraq ki, digər türk qrupları (kumanlar, xəzərlər, uyğurlar və s.) ümumi olaraq sadəcə türklər adlandırılırdı.
XII əsrin əvvəllərində yaşamış tarixçi Şərəf ət-Tahir Mərvazinin bu haqda yazdıqlarını oxuyaq:
“Quzlar (oğuzlar red.) İslam bölgələri ilə qonşu olduqdan sonra onların bəziləri İslamı qəbul edərək türkmən adlandırılmağa başladılar. Onlarla, İslamı qəbul etməyən quzlər arasında düşmənçilik başladı. Quzlar arasında müsəlmanların sayı artdı.

Onlar kafirləri Xorəzmdən peçeneqlərin yaşayış məntəqələrinə doğru qovdular. Türkmənlər bütün müsəlman ölkələrinə yayıldılar, özlərini ən yaxşı şəkildə göstərdilər və bu ölkələrin əksəriyyətinə sahib olub padşah və sultan oldular.”
Əbu-Reyxan Biruninin sözlərini xatırlamaq kifayətdir: “Quzların bir qismi islamı qəbul edəndə quzlar deyirdilər:
“O, türkmən oldu” və müsəlmanlar dedilər ki, onların tərkibinə “türkmən” daxil oldu.”
“Türkmən” adı etnik ad kimi, tam olaraq ayrı bir xalqa çevrilmiş, müasir Orta Asiya türkmənləri tərəfindən XIV-XV əsrlərdə milli mənsubiyyətini təyin etmək üçün istifadə olunur.

Istinad: turantoday.com

Write A Comment