“1919-cu ilin yazında Parisdə respublika nümayəndə heyəti milli nümayəndə heyəti ilə birlikdə Sülh konfransına verdiyimiz tələbləri özündə ehtiva edən memorandumu müttəfiq dövlətlərə təqdim elədi.
Bu memoranduma əsasən, aşağıda göstərilən torpaqlar Ermənistan dövlətinin sərhədlərinə daxil olmalı idi:

a) Genişlənmiş sərhədləriylə Cənubi Qafqaz Respublikası (bütün İrəvan vilayəti, Ərdəhanın şimal hissəsi istisna olmaqla Qars əyaləti, Tiflis quberniyasının cənub hissəsi, Yelizavetpol əyalətinin cənub qərb hissəsi);
b) Türkiyənin yeddi əyaləti (Diyarbəkir, Van, Bageş, Harberd, Sivas, Karin, Trabzon; Diyarbəkirin cənub bölgəsi ilə Sivasın qərb hissəsi istisna edilirdi);
c) Kilikiyada dörd qəza (Maraş, Sis, Cəlal-Bərəkət və Aleksandretta ilə birlikdə Adana).

Biz Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəbistan səhralarına qədər uzanan böyük Ermənistan layihələndirmişdik və bunu tələb edirdik.
Bu imperialist tələbi necə yerinə yetirmək olardı? Nə Ermənistan hökuməti, nə də iqtidardakı Daşnaksütyun partiyası belə bir absurd layihəyə sahib idi. Həm də nümayəndə heyətimiz məhdud gücümüżə mütənasib olaraq, İrəvandan özüylə son dərəcə təvazökar tələblər gətirmişdi.

Bəs necə oldu ki, heyət “dənizdən-dənizə” tələbini irəli sürdü?

Bu, qəribə və inanılmaz bir vəziyyət idi, amma bu tələbi Paris erməniləri irəli sürdü və nümayəndə heyətimiz də koloniyalarda hökm sürən ovqata boyun aydi; bu hamımıza yaxşı tanış olan haldır.
Nümayəndə heyətinə deyildi ki, əgər bu tələbləri irəli sürməzsə, Türkiyədəki ermənilər (milli heyətin şəxsində) öz məsələlərini “Ararat Respublikası” məsələsindən ayıracaq və bizdən asılı olmayaraq, böyük dövlətlərə müraciət edəcəklər. Bununla bərabər, onlar Amerikanın kiçik Ermənistan mandatını götürməyəcəyini, “dənizdən-dənizə” Ermənistan mandatinı isə qəbul edəcəyini söylədilər.

Bir-birinə zidd və fərqli tələblər irəli sürən iki ayrı qurum kimi fəaliyyət göstərmək böyük dövlətlər qarşısında bizim mövqeyimizi müdafiə etmək baxımından təhlükəli idi və biz Amerika mandatını tələb etdiyimiz üçün nümayəndə heyətimiz, aldığı təlimatlara rəğmən, razılığını bildirməyə və memorandumu imzalamağa məcbur qaldı.
Mən heyətimizi bunda əsla günahlandırmıram, tələblərimiz daha təvazökar olsaydı, fərqli nəticələr qazana biləcəyimizi də demək istəmirəm.
Beləliklə, ən əsas və vacib məsələlərin həlli istiqamətində biz öz iradəmizi ortaya qoymadıq, işlərimizi öz anlayışımıza uyğun şəkildə qurmadıq, öz yolumuzu tutub gedə bilmədik, başqalarının bizi arxasınca sürükləməsinə icazə verdik.”

Məruzəçi: Hovanes Kaçaznuni – 1918-ci ildə qurulan Ermənistan hökümətinin ilk baş naziri və Daşnaksutyun Partiyasının lideri.

Mənbə: “Erməni Baş nazirinin etirafları” kitabından



Write A Comment