“Gördüyümüz kimi, Səfəvilərin türk əmirləri arasında türk adları və ləqəbləri daşıyanlara tez-tez rast gəlmək olar. Onların sayı Osmanlı bəyləri və paşalarından, hətta bəzi digər türk dövlətlərinin əmirlərindən də çoxdur.
Osmanlı yürüşləri ilə əlaqədar paytaxtın Təbrizdən Qəzvinə, oradan da İsfahana köçürülməsi, türk mədəniyyəti baxımından, mənfi təsir göstərməmişdir. İsfahandakı şah sarayında hələ də türkcə danışılırdı.
Türk ünsürlü xalq təbəqəsinə gəlincə, o da bu günə qədər gəlib çatmış çox güclü şifahi ədəbiyyata malik idi.

O, o qədər güclü idi ki, dini zəmində qarşılıqlı nifrətə baxmayaraq, bu ədəbiyyatın bir çox əsərləri Türkiyəyə və Xəzərin o tayındakı türkmənlərə keçmiş və bu türklərin xalq ədəbiyyatında öz yerini tutmuşdur.
Bu günə qədər gəlib çatmış, xalqın, hətta ziyalıların oxuduğu və ya dinlədiyi məşhur “Əsli və Kərəm”, “Arzu və Qənbər”, “Aşıq Qərib”, “Şah İsmayıl”, “Qan Qalası” və s. əslində İran türklərinin (azərbaycanlıların red.) ədəbi əsərləridir”.

F.Sümer “Səfəvi dövlətinin quruluşunda Anadolu türklərinin rolu”

İstinad: Türkün Səsi 1/7

Write A Comment