Bu qüdrət nişanəsinin fəqihlərin baxışı ilə nə kimi ziddiyətləri mövcud idi?
Çox maraqlı yazıdı!

Səfəvi şahlarının qüdrətinin təmsili onların yuxuları idi. Başda Şah I İsmail və Şah I Təhmasib olmaqla səfəvi şahlarının gördükləri yuxular xilas, bir problemin həlli, müjdəli xəbər mənasına gəlirdi.
Yuxu ənənəvi türk hakimiyyət anlayışının təməli hesab olunurdu. Səlcuqlu, Osmanlı hökmdarları da gördükləri yuxularla öz dövlətlərinin təməlini ilahi əsaslara bağlayırdılar. Şah Təhmasibin “təzkirə”sində onun yuxularının ilahi mahiyyətinə diqqət çəkilir. Bu yuxunun qədim türk dövlət ənənəsində ilahi və hüquqi məna kəsb etdiyini və hökmdarların “müqəddəs”liyinin ifadəsi olduğu deməyə əsas verir.
Sonrakı mərhələdə şahlar ilə fəqihlər arasındakı yaranan problem də burada yatırdı. Belə ki, şahları özlərini dünyanın hökmdarı kimi “imamın naibi” (nəvvabiı kamyab) hesab etməklə “qeyb imam Mehdi”nin də missiyasını icra etdiklərini vurğulamış olurdular. Bu anlayışı onlara zahiri iqtidarla birlikdə, batini iqtidar haqqını da verirdi. Ancaq bəzi şiə alimləri buna qarşı çıxaraq imamın naibi olmaq haqqının fəqihlərə, yəni ali dini elmə sahib alimlərinə mənsub olduğu iddiasında idilər.
Siyasi iqtidar ilə dini iqtidar arasında niyabət məsələsində meydana gələn ziddiyyətlər və münaqişələr Qacarlar dövründə şiddətlənərək Orta Şərqdə türk siyasi hakimiyyətinin ortadan qalxamasına yol açmışdır.

Mənbə: Gülnar İbadova, “Azərbaycan Milli kimliyin tarixi məsələləri” (Məqalələr toplusu)

Write A Comment