Qızılbaşlığın kökündə duran şəxsləri çox zaman müxtəlif etnoslara aid etmə cəhdləri var. Onlara ərəb deyən də var, kürd deyən də. Bu, xüsusilə, sovet şərqşünaslıq elmində meydana çıxıb. Onları faktiki olaraq, türk soyuna mənsub edən alimlər də var.
Şeyx Zahid Gilani həmişə Şeyx Səfiyə müraciət edəndə, onun haqqında danışanda “TÜRKZADƏM”, yəni türk oğlu deyərdi. Bu da təbii ki, onların mənşəyinə aydınlıq gətirir.

Hətta rəvayətə görə, Şeyx Zahid qızı Fatimə bəyimi tələbəsi və Səfəvi təriqətinin gələcək qurucusu Şeyx Səfiyəddinə ərə verəndə səltənət tacını da Şeyx Səfiyəddinin başına qoyur. Bununla da Səfiyyəddinin sülaləsinin gələcəkdə dövlət sahibi olduğuna işarə edib. (Vəliqulu bin Davudqulu Şamlı “Qisasul xaqani”)

Sadəcə, qızılbaşlara qədər belə bir qayda var idi: Sacilər, Salarilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular dövlətlərinin mənşəyi tayfalar idi. Lakin qızılbaşlığın qurduğu dövlət modeli müəyyən mənada tayfaçılıq prinsipindən uzaqlaşaraq dövlətləşməyə yönəlmişdi, bu hərəkatın meydana çıxması kökləri dərin olan Azərbaycan dövlətçiliyinin fundamentini bərkitmək cəhdi idi.
Buna görə də Səfəvilər dövlətinin adını tayfa adı ilə adlandırmadılar. Bu isə Səfəvilərin Azərbaycan tarixində olan müsbət dəyərlərindən biridir.

Tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, Kərəm Məmmədli.

Write A Comment