Böyük Moğol Dövlətinin 2-ci hökmdarı Hümayun Şah, Pəştun-Əfqanlarla müharibəsində məğlub olaraq, Hindistan taxtını itirmişdir.

Babur Şahın dostu və sədr-əzəmi Qaraqoyunlu nəslindən olan Bayram xan Baharlı Hümayun Şaha pənah yerin Səfəvilər olduğunu söyləyir. Hümayun Şah ilk öncə, Məşhəddə Əhli-beytin 8-ci İmamı Hz. Əli Rza-nı ziyarət edərək Səfəvi sarayına gəlir. Şah Təhmasib, onu böyük Novruz bayramı günü təmtəraqla qarşılayır.

Şah Təhmasib əmri ilə 14 minə yaxın Qızılbaş ordusunu və ordunun rəhbərləri Budaq Xan Qacar və Şahverdi xan Ustaclunu Hümayun Şahın əmrinə verir. Qızılbaşlar Dehli-ni Əfqan işğalından azad edərək Şah Təhmasibin əmri ilə Hindistan taxtını və tacını Hümayun Şaha təhvil verirlər.

Təsəvvür edirsiniz, Cəfəri-Şiə Qızılbaşlar və Şah Təhmasib Hindistanın idarəsini əllərinə alıblar, ancaq onlar Hindistanı Əhli-sünnə Hümayun Şahın idarəsinə verirlər. Fərqli məzhəbə mənsub olmaqlarına rəğmən bu iki Türk dövlətinin bir-birlərinə sadiq olmaqları heyran edicidir.

Qızılbaşların müəyyən hissəsi Dehli və ətraf əyalətlərdə məskən salırlar.

«India New England News» qeyd edir ki, bir sıra Qızılbaşlar Böyük Moğol dövlətinin hökmdarı Əkbər şahın hakimiyyəti dövründə böyük nüfuza sahib olub, Uttar Pradeş əyalətində məskunlaşıblar.


Hətta Şah İsmayılın nəticəsi Rüstəm Mirzə Səfəvi (Bəhram Mirzə Səfəvinin nəvəsi), Əkbər Şahın ən yaxın adamlarından biri olmuş və Cənubi Hindistanın fəthini Səfəvi şəhzadəsinə həvalə etmişdir.

Maraqlı bir məqam da var ki, 6-cı hökmdar Sultan Övrəngzib Şah İsmayılın nəticəsi Səfəvi Şəhzadəsi Dilras Banu Bəgüm ilə ilk evlilik həyatını qurmuşdur. Atası Mirzə Badiuz-Zaman Səfəvi, Böyük Moğol dövlətinin Dekkan bölgəsini fəth etmiş böyük Sərkərdə idi.

Hindistanda məskunlaşan Qızılbaşlar Ustaclu, Qacar Şamlı, Afşar və Talış tayfaları olmuşdur. Və bununla yanaşı Səfəvi Şəhzadələri də Dehli sarayında yaşamışlar.

Britaniya Hindistanı 1896-ci ildə təkcə Uttar Pradeş əyalətində apardığı siyahıyaalma da, 1.237 Qızılbaş əhalisinin olduğunu qeyd edir.

Hümayun Şah həmçinin Təbriz sənətkarlarını və memarlarını da özü ilə Dehliyə gətirmiş və burada onların sayəsində Təbriz miniatür məktəbini və məşhur Çağbağ bağçasını təməllərini qoymuşdur. (Tarixçi Irada Gadirova)

Ardı var..

Vahid ibayev

Write A Comment