Bu dəfə Hindistanla olan bağlılıqlarına toxunacayıq.

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

Yazımızın I hissəsində qeyd etdik ki, Azərbaycan torpaqlarında qondarılmış Hayastanın – indiki Ermənistan Respublikasının 47 şəhərinin hazırkı və keçmiş adlarından 38-nin eynisi və ya çox oxşarı Afrika və Cənub-Şərqi Asiya ölkələrində mövcuddur.

Yerdə qalan 9 şəhərdən yeddisi öz adını son iki əsrdə aldığına görə həmin şəhər adlarının heç bir tarixi dəyəri yoxdur.
Beləliklə, paralel toponimlərin faizinə görə (95%) bütün Qafqazın şəksiz lideri Ermənistandır. Apardığımız təhlilə əsaslanaraq ehtimal edə bilərik ki, müasir hayların etnogenez prosesi kifayət qədər mürəkkəb olmuşdur.
Onların əcdadlarının bir hissəsi Sibir, Volqaboyu, Altay, Orta Asiya, Pamir, İran və Hindistandan, digər hissəsi, xüsusi ilə aşağı təbəqələri isə, çox güman ki, Efiopiyadan və semit xalqlarının yaşadıqları başqa ərazilərdən gəlmişlar. Amma onu da qeyd edək ki, burada işlətdiyimiz “əcdadları” sözünün mənası kifayət qədər şərtidir.

Belə ki, bugünkü hay xalqının ayrı-ayrı fərdlərinin ulu babaları saya biləcəyimiz həmin “əcdadlar”, əslində, qədim xalqların (iranlılar, türklər, hindlilər və s.) nümayəndələri olmuş, onların yalnız bir neçə nəsil sonrakı törəmələri qriqoryanlığı qəbul edib haylaşmışlar.
Məhz hay adını daşımış tayfalar isə, zənnimizcə, Kiçik Asiyaya Efiopiyanın şimalında yerləşən Amhara bölgəsindən gəlmişlər. Efiopiyaya aparıb çıxaran izləri biz həm toponimikada və nəsil adlarında, həm də indiki haylara aid digər məsələlərdə aydın şəkildə görə bilərik.

Hindistanda və Nepalda təkrarlanan toponimlərdən bəzilərini Dara–Qaumata qarşıdurmasından sonrakı köçlərlə (bax: Araz Şəhrili. “Qədim azərbaycanlıların izi ilə”; Араз Шахрили. «Кем был Будда? Спустя века обретший бессмертие»), Afrikadakı paralellərdən bir neçəsini isə “Tövrat”ın təsiri ilə əlaqələndirsək belə, onların hamısını, xüsusilə Efiopiya ilə bağlı olanlarını bu amillərlə izah etmək mümkün deyil.
Qeyd etməliyik ki, ümumi mənzərə oxucuya yalnız III yazıdan sonra aydın ola bilər. Elə buna görə də müvafiq fərziyyə və
mülahizələr növbəti hissələrdən birində təqdim ediləcəkdir.

ERMƏNİSTANIN HİNDİSTANLA ƏLAQƏLİ TOPONİMLƏRİ

Abelyan (gəlmə hayların feodal nəsli, saxta hay tarixçisi Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Abel adlı şəxs olub) – Abel (Hindistanda şəxs adı) – Abela (Hindistanın Madhya-Pradesh və Haryana ştatlarında 2 kənd);
Aravenyan (hay feodal nəsli) – Aravan (Hindistanın Uttar-Pradesh ştatında kənd);
Ağin (Ermənistanda hay kəndi) – Agin Darengre (Hindistanın Meghalaya ştatında kənd);
Amatuni (Manna əsilli hay nəsli) – Amatun (Hindistanda və Banqladeşdə ad və soyad);
Ani (Türkiyənin Anadolu bölgəsində qədim şəhər, 961–1045-ci illərdə Ani çarlığının paytaxtı olub) – Ani (Hindistanın Karnataka, Rajasthan, Himachal-Pradesh ştatlarında kəndlər və şəhər;

Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Ermənistanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar onu dəyişdirmişlər) – Ara (Ermənistanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara (Hindistanın Jhar¬khand ştatının Hazaribag dairəsində kənd) – Arrah, Ara (Bihar ştatının Bhojpur dairəsində şəhər);
Arma (hayların mifik əcdadı Haykın nəticəsi) – Arma, Arma Konda (Hindistanın Andhra-Pradesh ştatında kənd və dağ);
Ayas (Kilikiyada orta əsr hay şəhəri) – Ayas (Hindistanın Qərbi Benqal ştatında kənd);
Bakan (hay nəsli) – Bakan (Hindistanın Himachal-Pradesh və Rajasthan ştatlarında 2 kənd);
Baqaran (Ermənistanda kənd) – Bagaran Purwa, Bagaran (Hindistanın Madhya-Pradesh və Pəncab ştatlarında 2 kənd);
Baqratuni (hay nəsli) – Bagrat, Bagrat Nagar (Hindistanın Haryana ştatında 2 kənd);
Balak (Ermənistanda kənd) – Balak (Hindistanın Haryana və Jharkhand ştatlarında 2 kənd);

Basenatsi (Urartu əsilli hay nəsli) – Basen, Basena (Hindistanın Uttar-Pradesh ştatında 2 kənd);
Bavra (Ermənistanda kənd) – Bavra (Hindistanın Gujarat ştatının Kheda dairəsində kənd);
Benuni (Urartu əsilli hay nəsli) – Benun (Hindistanın Cammu və Kəşmir, eləcə də Himachal-Pradesh ştatlarında 3 kənd);
Boquni (hay feodal nəsli) – Bogun (Hindistanın Arunachal-Pradesh ştatının Upper Subansiri dairəsində kənd) – Boguni (Hindistanda ad və ya soyad);
Bujuni (hay feodal nəsli) – Bujon Ka Khera, Bujon Ka Pad¬la (Hindistanın Rajasthan ştatının Pratapgarh dairəsində kəndlər);
Erməni (hayların ekzonimi – başqa xalqların onlara qoyduqları ad) – Arman Tola, Arman Patti, Arman Pura (Hindistanın Uttar-Pradesh və Pəncab ştatlarında 3 kənd);
Gegham (hayların mifik əcdadı Haykın nəvəsi) – Geghamabak (Ermənistanın əvvəlki adı Basarkeçər olmuş Vardenis rayonunda kənd, 1991-ci ilədək adı Qayabaşı, əhalisi azərbaycanlılar olub) – Gegam (Hindistanın Rajasthan ştatının Bhilwara dairəsində kənd);

Gorus (Ermənistanda şəhər) – Gorus (Hindistanın Madhya-Pradesh ştatında panchayat);
Xorxoruni (hurri əsilli, əcdadının adı Xor olmuş hay nəsli) – Khor (Hindistanın Haryana və Rajasthan ştatlarında 2 kənd);
İcevan (Ermənistanda şəhər) – Jeevan, Jeevan Wala (Hindistanın Maharashtra və Uttarakhand ştatlarında 2 kənd);
Kadmyan (hay nəsli) – Kadmi, Chandbad Kadim, Pipaliya Kadim (Hindistanın Qərbi Benqal və Madhya-Pradesh ştatlarında 4 kənd);
Karin (Ermənistanda kənd) – Karin (Hindistanın Cammu və Kəşmir, eləcə də Uttar-Pradesh ştatlarında 3 kənd);
Kiçan (hay nəsli) – Khichan (Hindistanın Rajasthan ştatının Jodhpur dairəsində kənd);
Qabelyan (hay nəsli) – Gabel (Hindistanın Meghalaya ştatının Şərqi Garo dairəsində kənd);
Qavar (Ermənistanda şəhər) – Gawar, Gavar (Hindistanın Rajasthan və Odisha ştatlarında 3 kənd);
Qukan (hay feodal nəsli) – Gukan (Hindistanın Tamil-Nadu ştatının Erode dairəsində kənd);

Quqaratsi (hay feodal nəsli) – Gugara (Hindistanın Cammu və Kəşmir, eləcə də Bihar ştatlarında 2 kənd);
Lori (Ermənistanda vilayət) – Lori (Hindistanın Uttar-Pradesh ştatında kənd, Himachal-Pradesh ştatında vilayət);
Mandakuni (əcdadı Miandak adlı mannalı olmuş hay feodal nəsli) – Mandakini (Hindistanın Uttarakhand ştatının Kedarnath şəhəri yaxınlığından axan çay) – Mandaki, Mandak (Maharashtra və Uttar-Pradesh ştatlarında 4 kənd);
Maralik (Ermənistanda şəhər) – Marali (Hindistanın Maharashtra və Andhra-Pradesh ştatlarında 3 kənd);
Nor-Açin (Ermənistanda şəhər) – Achin Nagar (Hindistanın Chhattisgarh ştatının Uttar Bastar Kanker dairəsində kənd);
Paluni (hay feodal nəsli) – Paluni (Hindistanda ad, soyad) – Paluni (Hindistanın Uttarakhand ştatının Tehri Garhwal dairəsindəki Ghansali şəhərinin Magron qəsəbəsində yer adı);
Razdan və ya Hrazdan (Ermənistanda şəhər) – Rasthan və ya Rasadhan (Hindistanın Uttar-Pradesh ştatının Kanpur Dehat dairəsində kənd) – Razdan (Hindistanda şəxs adı);

Saaruni (hay feodal nəsli) – Sarauni (Hindistanın Bihar və Uttar-Pradesh ştatlarında 6 kənd);
Sevan (Ermənistanda şəhər və gəlmə hayların Göycə gölünə verdikləri ad) – Sevan Kheri, Sevan, Sewan (Hindistanın Rajasthan, Madhya-Pradesh və Haryana ştatlarında 8 kənd);
Şirak (Ermənistanda vilayət, XX əsrin əvvəllərinə kimi burada əsasən azərbaycanlılar yaşamışlar) – Sirak (Hindistanın Uttarakhand ştatının Uttar Kashi dairəsində kənd);
Sis (Türkiyənin Kozan şəhərinin keçmiş adı, 1186–1375-ci illərdə Kilikiya haylarının paytaxtı) – Sispur (Banqladeşin Comilla dairəsində qəsəbə) – Sispur (Nepalda yer adı) – Sispur (Hindistanın Madhya-Pradesh ştatının Patna dairəsində yer adı);

Sisakan (Azərbaycanın Zəngəzur bölgəsinin orta pars dilində adı) – Sisakhane (Nepalda kənd);
Sisian (Ermənistanda şəhər və rayon) – Sisiyan (Hindistanın Rajasthan ştatının Jhunjhunu dairəsində kiçik şəhər);
Siunia (hay nəsli) – Siuni (Hindistanın Odisha və Himachal-Pradesh ştatlarında 4 kənd);
Sodatsi (hay nəsli) – Soda, Sodat (Hindistanın Rajasthan və Gujarat ştatlarında 4 kənd);
Talin (Ermənistanda şəhər) – Talin (Hindistanın Uttar-Pradesh ştatının Sitapur dairəsində kənd);
Tambaratsi (hay nəsli) – Tambar (Hindistanın Himachal-Pradesh ştatında kənd);
Taşir (Ermənistanda şəhər) – Dashir (Hindistanın Himachal-Pradesh ştatında göl);
Ucan (Ermənistanda kənd) – Ujhan, Ujan (Hindistanın Himachal-Pradesh, Cammu və Kashmir, Bihar və Assam ştatlarında 5 kənd);

Varnuni (hay nəsli) – Varnun (Hindistanın Gujarat ştatının Kachchh dairəsində kənd);
Vedi, Vedibasar (Ermənistanda şəhər, çay, mahal) – Vedi, Vedi Theru, Vedi Nagar, Vedi Malli, Mithi Vedi (Hindistanın Uttar-Pradesh, Tamil Nadu, Uttarakhand və Gujarat ştatlarında 5 kənd);
Vijanuni (hay nəsli) – Baramai Nagla Vijan (Hindistanın Uttar-Pradesh ştatının Mahamaya Nagar dairəsində kənd);
Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili

Məqalənin 1-ci hissəsinə keçid linki: millikimlik.az/2022/4911/

Write A Comment