“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında

Azərbaycanın tarixi torpaqlarında qondarılmış Hayastanın 47 şəhərinin hazırkı və keçmiş adlarından 38-nin eynisi və ya çox oxşarı Afrika və Cənub-Şərqi Asiya ölkələrində mövcuddur.

Nəzərə almaq lazımdır ki, yerdə qalan 9 şəhərdən –
1) Byureqavan 1945-ci ildə salınmış, indiki adını 1974-cü ildə almışdır;
2) Çarentsavan 1948-ci ildə salınmış, 1967-ci ildə hay şairi Çarentsin adı veilmişdir;
3) Martuni 1830-cu ildə salınmış, ilk adı Aşağı Qaranlıq olmuş, 1926-cı ildə dəyişdirilmişdir;
4) Metsamor 1969-cu ildə salınmışdır;
5) Stepanavan 1810-cu ildə salınmış, əvvəlki adı Cəlaloğlu olmuş, 1924-cü ildə dəyişdirilmiş, bolşevik Stepan Şaumyanın adı verilmişdir;
6) Spitak şəhərinin əvvəlki adı Hamamlı olmuş, 1949-cu ildə dəyişdirilmişdir;
7) Zaxqadzor şəhərinin əvvəlki adı Dərəçiçək olmuş, 1920-ci ildə Dərəçiçək toponimini hay dilinə tərcümə edərək, Zaxqadzora çevirmişlər.
İndiki Ermənistanın yalnız Artaşat və Yeğvard şəhər adlarının paralelləri barədə məlumat əldə olunmamışdır.
Beləliklə, son iki əsr ərzində salınmış Byureqavan, Çarentsavan, Martuni, Metsamor, Spitak, Stepanavan,
Zaxqadzor şəhərlərinin adlarını istisna etsək, Ermənistanda paralel toponimlərinin faizinin 95 olduğunu görərik. Bu, Qafqazda ən yüksək göstərici olmaqla, müasir hayların böyük əksəriyyətinin əcdadının Qərbi Azərbaycan torpaqlarına Cənub-Şərqi Asiyadan və Afrikadan gəldiyini göstərir.
Orta əsr hay tarixçisi Movses Xorenatsinin və gürcü əsilli müasir ABŞ tarixçisi Kirill Tumanovun məlumatlarına görə, hayların 89 feodal nəslindən otuz beşi Manna–Midiya, Əhəməni–Parfiya, alan–bulqar, yunan–Roma mənşəlidir. Apardığımız araşdırmaya görə, həmin 89 nəsildən 37-nin adının eynisi və ya bənzəri Cənub-Şərqi Asiya və Afrika ölkələrində mövcuddur. Şübhəsiz ki, əsl rəqəmlər bundan da yüksəkdir.
Haşiyə. Bir məsələni də qeyd edək ki, Movses Xorenatsi etibarlı mənbə hesab olunmur. Belə ki, o, təmiz Əhəməni əsilli və Zərdüşt etiqadlı sülalələri – Orontidləri və Artaksiadları haylara bağlamaq üçün uğursuz cəhdlər göstərmiş, Ərsakilərin IV əsrədək zərdüşti olmuş bir qolunu haylaşdırmağa çalışmışdır.

Neilson Debevoise (ABŞ) və Robert William Thomson (Böyük Britaniya) kimi nüfuzlu tarixçilər Movsesin adından təqdim olunan məlumatların səhihliyini şübhə altına almışlar. Tarixçi Əjdər Tağıoğlu “Moisey Xorenatsi anonim keşiş müəllifidir” əsərində onun hay kilsəsi tərəfindən uydurulmuş bir obraz olduğunu göstərmişdir.
Faktiki olaraq, hayların feodal nəsillərinin əhəmiyyətli bir hissəsi etnik cəhətdən hay deyildir. Ümumiyyətlə isə apardığımız təhlil onu söyləməyə imkan verir ki, hayların etnik tərkibinin bir neçə komponentdən ibarətdir və bu xalq, əslində, monoetnik deyildir. Sözügedən nəsillərin bir hissəsi Sibir, Altay, Pamir və Hindistandan, digər hissəsi ilə aşağı təbəqələri isə, çox güman ki, Efiopiyadan və semit xalqlarının yaşadıqları başqa ərazilərdən gəlmişlar.
Belə ki, qondarma Hayastanın Ararat, Areq, Artik, Ağin, Balak, Baqaran, Bavra, Berd, Bjni, Erivan, Gorus, Gümrü, Qarni, Qapan, Qavar, Lori, Mehri, Sevan, Sisian, Talin, Ucan, Vanand, Vank və s. yer adları Sibirdə, Altayda, Hindistanda, Nepalda və Efiopiyada (əsasən bu ölkənin Amhara bölgəsində) təkrarlanır.

Hayların mifik əcdadı “Hayk”ın adı Efiopiyanın Amhara bölgəsində, onun törəmələri “Ara”nın, “Aram”ın, “Aramais”in, “Arma”nın, “Gegam”ın adları isə həm Efiopiyanın, həm də Hindistanın toponomikasında əks olunmuşdur. Paralellərdən bəzilərini Dara–Qaumata qarşıdurmasından sonrakı köçlərlə, yaxud “Tövrat”ın təsiri ilə əlaqələndirsək belə, onların hamısını, xüsusilə Efiopiya ilə bağlı olanlarını bu amillərlə izah etmək mümkün deyil.

HAYASTANIN EFİOPİYA İLƏ ƏLAQƏLİ TOPONİMLƏRİ

1) Ağin (qondarma Ermənistanda hay kəndi) – Agin (Efiopiyanın Somali ştatında bölgə);
2) Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Ermənistanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar onu Ara adlandırmışlar) – Ara (Ermənistanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara Shetan, Ara Terra (Efiopiyada göl və ərazi) – Ara (Efiopiyanın Tigray vilayətində yer adı);
3) Aram (hayların mifik əcdadı Haykın nəticəsi) – Aram (Efiopiyada qədim dövrlərdən geniş yayılmış kişi adı) – Aram (“Tövrat”a görə, Nuh Peyğəmbərin nəvəsi) – Aram (qədim yəhudi dilində Suriyanın adı);
4) Aramais (hayların mifik əcdadı Haykın nəvəsi) – Aramis (Efiopiyanın Afar bölgəsində kənd);
5) Areq (Ermənistanda kənd, əsl adı Pirmələk, köklü əhalisi azərbaycanlılar olmuş, 1918-ci ildə gəlmə haylar yerli sakinləri qırıb kənddə məskunlaşmış, adını Areq qoymuşlar) – Areg Mariam (Efiopiyanın Amhara bölgəsində yer adı);
6) Arma (hayların mifik əcdadı Haykın nəticəsi) – Arma (Nigeriyada və Malidə xalq);
7) Aştarak (Ermənistanda şəhər) – Ashtar, Astar (İordaniyanın qərbində mövcud olmuş qədim Moab ölkəsində və Efiopiya ilə Eritreyanın ərazilərində mövcud olmuş Aksum krallığında ən çox pərəstiş edilmiş tanrılardan biri);
8 ) Aqarak, Aqarakavan (Ermənistanda iki şəhər) – Agaro, Haggaro (Efiopiyanın Oromia bölgəsində şəhər);
9) Berd (Ermənistanda şəhər) – Bug Berd (Efiopiyanın Somali bölgəsində kənd);
10) Hayk və ya Haig (gəlmə hayların mifik əcdadı) – Hayq və ya Haik (Efiopiyanın Amhara bölgəsində göl və şəhər);
11) Qavar (Ermənistanda şəhər) – Gawar (Efiopiyada və Cənubi Sudanda yaşayan nuer xalqının dörd qolundan biri);
12) Lori (Ermənistanda vilayət) – Lori (Efiopiyanın Amhara bölgəsindəki Simien milli parkında kənd);
13) Masis (Ermənistanda şəhər və kənd, qədim adı Uluxanlı olmuş, gəlmə haylar onu Masis adlandırmışlar) – Masis (Ararat dağının hay dilində adı) – Masisa (Sierra-Leonenin Şimal vilayətində yaşayış məntəqəsi) – Masisa (Konqonun Kouilou bölgəsində yer adı);
14) Mazazatsi (hayların feodal nəsli) – Mazaza (Zambiyada kənd) – Mazaza (Namibiyada kənd) – Mazaza (Konqoda çay);
15) Mexnuni (hayların feodal nəsli) – Mekhnun (XVI əsrədək Efiopiya krallığının tərkibində olmuş, bu dövlətdən, əslində, 1993-cü ildə ayrılmış Eritreyada soyad);
16) Muş (Anadoluda keçmiş hay şəhəri) – Mush (Efiopiyanın Amhara bölgəsində dərə);
Hay–Efiopiya əlaqələrindən danışarkən belə bir məsələyə də toxunmaq yerinə düşərdi: Haylar uzun illərdən bəri bütün dünyaya göstərmək istəyirlər ki, hay əlifbasını guya Mesrop Maştots yaratmışdır. Lakin SSRİ-nin görkəmli dilçi alimlərindən biri olan akademik Dmitri Olderoqqenin hələ 1975-ci ildə dərc edilmiş “erməni–Efiopiya əlaqələri tarixindən” adlı məqaləsində göstərildiyi kimi, hay əlifbası Efiopiya (amhar) əlifbası əsasında düzəldilmişdir.
Onu da qeyd edək ki, hayların Mesrop Maştots barəsində uydurmaları Efiopiyanın özündə də etirazlar doğurmuşdur. Efiopiya alimləri açıq şəkildə bildirmişlər ki, Mesrop Maştotsun adı ilə bağlanan əlifba, əslində, amhar əlifbasının eynidir.
Beləliklə, toponim paralellərini də nəzərə alaraq deyə bilərik ki, haylar hələ Efiopiyanın Amhar bölgəsində yaşadıqları dövrdə oğurladıqları amhar əlifbasını da götürüb Azərbaycana və dünyanın digər yerlərinə köç etmişlər.
Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

“Bildirməliyik ki, bu, möhtəşəm bir araşdırmadır. Çox güman ki, müəllifin qeyd etdiyi zahiri bənzərliklər heç
də təsadüfi deyildir. İranın Ziyarilər xanədanının son hökmdarı Ünsürülməali Keykavus ibn İskəndər ibn Qabus ibn Vəşmgir ibn Ziyarın 1082–1083-cü illərdə yazdığı və oğlu Gilanşaha bir «vəsiyyətnamə», ya «nəsihətnamə» kimi yadigar qoyduğu əsərdə ermənilər «qara qullar» zümrəsinə aid edilmişdir.
Digər bir maraqlı məqam isə 35 nəslin Altay, o cümlədən Manna–Midiya, Əhəməni–Parfiya, alan–bulqar mənşəli olması ilə bağlıdır. Arsaqlar uc bəyləri kimi Böyük Arsaqların çöküşündən sonra bölgəyə gəldikdə romalıların yerli Kornif, Afrodita və s. məbəd xarabələrində ellikcə müqəddəs məbəd fahişəliyi ilə məşğul olan toplum kimi istifadə etdiyi hay-boşlardan qeyri məqsədlər üçün istifadə etməyi qərara aldılar. Bugünkü qriqoryanlıq və uydurma «artsax» «sevgiləri həmin tarixi epizodla əlaqəlidir.
Altaylılarıın bu yığma toplumun genetikasında əks olunması isə Altaydan qaçıb gələrək haylar arasında yaşamış Vardan Mamikonyan və onun sülaləsi ilə bağlıdır. Onlar cinli tayfası kimi bu gün də ermənilər içində yaşamaqdadırlar. Görkəmli etnoqrafımız Qiyasəddin Qeybullayev onların son nümayəndəsi kimi erməni şairi Avetik İsakyanı göstərmişdi və azərbaycanlılar arasında da cinli tayfasının nümayəndələri var. Qarabağda Cinli adında kənd var.
Mətndə seçdiyimiz bəzi toponimlər — İrəvan, Kapan, Gorus, Ucan, Vanand, Vank və s. sırf türk toonimləridir. Bir faktı xüsusi ilə vurğulamaq yerinə düşər ki, Vank (Vəng) sözü bugün yanlış anlaşılan bir türk sözüdür. Bu söz sırf türkcə məbəd deməkdir. Çünki məbəd, kilsə (Gel-İsa-İsa məqamı) sonradan dilimizə keçmiş bir sözdür. Ermənicə isə kilsə — եկեղեցին (yekeghets’in)-adlanır.
Türkcə vəng-məbəd sözünü görən hər kəs bunun erməni sözü olduğunu düşünür. Bu yanlış düşüncənin qarşısını almalıyıq. Müəllifə bir daha minnətdarlığım bildirir və bu cür maraqlı mövzularla oxucularımızı çox intizarda qoymayacağına əminəm”.
“Fədai.az” saytının redaktoru, I Qarabağ müharibəsinin qazisi Xaqani Ədəboğlu.

Write A Comment