Bir çox xalqların mifologiyasında müqəddəs ağac obrazı var – həyat ağacı.
Bu, dünya xalqlarının mifologiyasında ən qədim simvollardan biridir ki, onun təfsiri də onların tarixi taleyini əks etdirirdi.

O, yer üzündəki bütün canlıları həyat enerjisi ilə qidalandıran, dünyalar arasında bir növ kanal olaraq, kollektiv şüursuz bəşəriyyətin ən qədim arxetipini təmsil edir.
Folklorda, miflərdə və bədii ədəbiyyatda müxtəlif həyat ağacları xatırlanır, hansılar ki, çox vaxt ölümsüzlük və məhsuldarlıqla əlaqələndirilir.

Misir mifologiyası
Misir mifologiyasında və Heliopolis rəvayətində ilk cütlük İsida və Osirisdir (Şu və Tefnut, həmçinin Geb və Nutdan başqa). Onların misirlilərin həyat ağacı hesab etdikləri Iusat akasiya ağacından törədikləri güman edilirdi.
Misirin müqəddəs ağacı olan sikomor “iki dünyanı birləşdirən həyat və ölümün astanasında dayanır”.

Skandinaviya mifologiyası
Skandinaviya mifologiyasında İqdrasil – Dünya Ağacı mövcuddur, bir çox miflər onunla əlaqələndirilir. Alman-skandinaviya mifologiyasında İdunn səbətindən olan almalar tanrıları ölümsüzlüklə təmin edirdi.
Kelt mifologiyası
Kelt mədəniyyətində Həyat Ağacı tez-tez yuxarı qalxan budaqlar və yerin dərinliklərinə çatan köklərlə ilə təmsil olunur. Bu, göylə yer arasındakı əlaqə haqqında Druid inancıdı.

Türk mifologiyası
Altay türkləri Həyat Ağacının sayəsində dünyada bir həyat dövrü olduğuna inanırlar.
Krım tatarlarının dilində həyat ağacına “omür ağacı” deyirlər. Krım tatarları üçün bu simvol həm də nəslin davamlılığı və rifahı ilə əlaqələndirilir.

Çin mifologiyası
Çin mifologiyasında Həyat Ağacı obrazına simurq və əjdaha daxildir; əjdaha əbədiyyəti təmsil edir.
Digər İbrahimi dinlərdə olduğu kimi, İslamda da ağac simvolu var – ona əbədi həyat ağacı da deyilir. Bu, Uca Allahın Adəmə yaxınlaşmağı qadağan etdiyi həmin ağacdır. Bildiyiniz kimi, Quran dili, digər Tövhid kitabları kimi, kainat sirlərinin şifrələndiyi simvollar dilidir.
Peyğəmbərin (s) pak ailəsinin 11-ci İmamından nəql edilən Qurani-Kərimin təfsirində qadağan olunmuş ağac simvolunun maraqlı açıqlaması var.


İmam Əsğəridən (ə) nəql olunur ki, “bilik ağacı” “Məhəmməd və ali Məhəmmədin (s) ağacıdır ki, Allah onun vasitəsilə onları bütün məxluqatlardan ayırıb, və bu ağac yalnız Məhəmmədə (s) məxsusdur.
Məhəmmədin (s) Əhli-beytindən başqa heç kəs Allahın əmri ilə ondan (meyvələrindən) yeməz.

İsa (ə) Dağüstü xütbəsində həqiqi peyğəmbərlərlə yalançıların fərqindən bəhs edərək buyurur:

“Onları meyvələrindən tanıyacaqsınız”. Öz növbəsində, Yəhyanın Vəhyində “on iki dəfə meyvə verən” həyat ağacından bəhs edilir (22:2). Yəni İsadan sonra gələcək peyğəmbər – Məhəmməd peyğəmbər (s) 12 meyvə ilə tanınacaq – İmamlarla.

Amerikalı incil-müsəlman paralelləri tədqiqatçısı Tomas Makelveyn İncilin şifrələrini təhlil edərək iddia edir ki, Əhdi-Ətiqin orijinalını arameycə deşifrə edərkən biz İmamların (ə) baş hərflərinin “həyat ağacı” ifadəsində gizlədildiyini görürük.
Təsadüfi deyil ki, dünyanın bir çox dillərində “ağac” sözü də tez-tez nəsil və ya ailə ilə ifadədə istifadə olunur – “ailə ağacı”, “nəsil ağacı”.

Beləliklə, “həyat və bilik ağacı” məsələsində İmamlardan nəql olunan İlahi kitabların dili və təfsirləri xüsusi, əlçatmaz xeyirxahlığa malik olan Peyğəmbərin Əhli-beytinə işarə edir, hansı ki, Uca Allahın (və ondan (meyvələrini) Allahın əmri ilə onlardan başqa heç kəs yeməz,”) qarşısında xüsusi yüksək məqama layiq görülüblər.

Adəm və bilik ağacı haqqında hekayənin simvolik mənasını açan Mak Elveyn qeyd edir:
“Məsəl xeyir və şərin mahiyyəti haqqında hökm çıxarmağın iki yolunu qarşı-qarşıya qoyur: xeyir və şər haqqında bilik ağacı (müstəqil bir nəticəyə gəlmək cəhdi) və həyat ağacı (xeyir və şəri Allahın təyin etdiyi rəhbərlər vasitəsi ilə təyin etmək – peyğəmbərlərdən tutmuş İmamlara qədər).

Birincisi, İblisin Adəmə qadağan olunmuş ağacın meyvələrini təkbaşına dadmaq üçün təhrik etməsi ilə simvollaşdırılan sehrli bir yolun təlimidi.

İkincisi, peyğəmbərlərin ardıcıllarının və onların naiblərinin yolu, mənəvi kamilliyin peyğəmbərlik ənənəsidir.
Deməli, “həyat ağacı” yarandığı gündən bəşəriyyətin universal simvoludur. Lakin hər bir xalqın kollektiv şüursuzluğunda biliyə və əbədi həyata çatmağın, o, yuxarıda qeyd etdiyimiz iki yoldan biri ilə əlaqələndirilir.

Bəs Azərbaycanlıların ən qədim miflərində “həyat ağacı” necə görünür?

Qədim türk dastanı “Dədə Qorqud”un Azərbaycan variantında Qazan xanın oğlu Uruzun qəhrəmanlıqlarını təsvir edən fəsildə, Uruzun ağaca dua ilə üz tutması məqamı var:

Şahi-Mərdanın Düldülünün əyəri ağac!
Zülfiqarın qını ilə qəbzəsi ağac!
Şah Həsənlə Hüseynin beşiği ağac!

Aydındır ki, burada müraciət düşmənlərin asacağı konkret ağaca deyil.
Uruz bəyin, eləcə də onun tayfa yoldaşlarının fikrincə, bu ağac Peyğəmbər nəslindən olan İmamların adları ilə bağlıdır – İmam Əlinin (ə) əfsanəvi qılıncı – Zülfüqarın sapı və qını ilə; Düldül adında atının yəhəri ilə; İmamların beşiyi – Həsən və Hüseyin ilə.

Demək, ilk azərbaycanlıların mifoloji şüurunda ağac ideyası, onun prototipi, həyat ağacının qədim arxetipi məhz yüksək mövqe (yəhər), möhkəmlik (qılıncın sapı və qını) və Peyğəmbər nəslindən olan İmamların şəcərəsi (beşik) ilə bağlı idi.

Beləliklə, Azərbaycan etnosunun seçdiyi yol – mənəvi kamillik, Əhli-beyt (ə) dəyərlərinə və prinsiplərinə bağlılıq yoludur.

E. Hacızadə.

Write A Comment