Səfəvi İmperiyasının qurucu tayfalarının özəyini türk-türkmən tayfaları iştirak edib. Səfəvi dövründən bəhs edən “Tarixi Aləmarayi Abbasi (Müəllifi İsgəndər bəy Münşi – K.R) əsərində Səfəvi dövlətinin 17 qurucu tayfasının siyahısı verilib.
Oxşar say digər bir əhəmiyyətli Səfəvi dövrü əsəri hesab olunan Oruc bəy Bayatın xatirələridir. Bu əsərlərdə Səfəvi dövlətinin qurucu tayfaları olaraq Şamlı (Şamlı), Ustaçlu, Rumlu, Zülqədər, Əfşar, Qacar, Təkəli boyları ilk sırada gəlir. Başqa sözlə, bu tayalar dövlətin əsas özəyini təşkil edib. bu boyların əmirləri dövlətin ən yüksək postlarında təmsil olunub.

İmperiyanın ən böyük qurucu tayfalarından biri də Rumlu tayfası olub. Şah İsmayıl zamanında İmperiyanın əsas dövlət postlarında Şamlı tayfasından 6 nəfər təmsil olunub. Bunlar: Div Sultan, Nurəli Xəlifə, Xəlil Ağa, Sufiyan Xəlifə, Badican Sultan, Qaragünə Sultan.
Rumlu tayfasının əsasını Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı yörələr və Tokat – Amasya regionundakı kəndli Qızılbaşlar təşkil edir. Həmçinin Farava, Məşhədivali kimi Rum şəhərlərində yaşadığı güman olunur.
Tarixi mənbələrə görə, Əmir Teymurun Anadolu yürüşü zamanı əsir alınan türkmənlər daha sonra Ərdəbil (Səfəvi) şeyxi Sədrəddin Musanın xahişi ilə Əmir Teymur əsirləri (ümumilikdə 30 min nəfər hesab olunur – K.R.) azad edir. Azad edilən əsirlər Səfəvi təriqətinə qoşulur və Şeyx Sədrəddinin müridlərinə çevrilirlər.

Rumlu tayfasının əmiri Cahanşah Ağqoyunlu Həsən Şah (Uzun Həsən) zamanında əmir rütbəsi alıb.
Rumlu Div Sultan Səfəvi İmperiyasında əmir əl-üməra titulunu daşıyıb Çuxursəd tiyulu sahibi olub.
Rumlu Badıncan Sultan Ərdəbil valisi olub. Daha bir rumlu Hüseynqulu Xəlifə Şah sarayında ən yüksək rütbə hesab olunan xəlifətül-xüləfa vəzifəsini daşıyıb.
Bu, sufilərin başçısı vəzifəsi idi. Dəli Budaq xan Rumlu isə Xoy hakimi olub.
Qurban Sultan isə sarayda yüksək vəzifə daşıyıb. Şirvanın əmir əl-ümərası Aras Xan da Rumlu tayfasından olub.
Şah İsmayıl zamanında. Yəni dövlətin quruculuq dövründə Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan Şaha ən yaxın isimlər arasında olub.

Rumluların böyük bir qisminin Aras Xan zamanında Şirvanda, yəni bugünkü Azərbaycan ərazisində yaşadığı bildirilir. Şah Abbas zamanında sufilərin mövqeyinin zəifləməsi və xəlifətül-xüləfa vəzifəsinin ləğv olunması ilə rumluların da mövqeləri zəifləyir. Bu dövrdən sonra həm də rumluların bir qisminin Anadoluya köçü müşahidə olunub.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment