Əfqanıstanın etno-konfessional qruplarından biri olan Qızılbaşlar, sayının az olmasına baxmayaraq, ölkənin hərbi-siyasi, mədəni və iqtisadi həyatında mühüm rol oynayırdılar. Qızılbaşların siyasi əhəmiyyətinin “zirvəsi” 18 -ci əsrin sonu – 20 -ci əsrin birinci rübünə təsadüf edir.
O zamanlar, onların çoxu Əfqanıstan hərbi elitasının bir hissəsi idilər. Onların təsiri Əfqanıstan cəmiyyətində hətta sonralar, o cümlədən müasir dövrdə də nəzərə çarpırdı.

Qızılbaşlar, ölkənin avtoxton əhalisinə aid deyillər. Bu xalq Əfqanıstana iki dalğa ilə – 16 – 17 -ci əsrlərdə, sonra isə 18 -ci əsrdə, ölkənin Səfəvi və Nadir Şah dövlətlərinin bir hissəsi olduğu zaman köçürüldü. Qızılbaşlar uzun müddət “hərbi” etnik qrupu sayılırdılar.
İnancları şiə olan, mənşəcə türklər, əfqan tayfalarından heç bir dəstəyi olmayan, doğma yurdlarından ayrı döşən Qızılbaşlar, rifahlarının və həyatlarının Əfqanıstan hökmdarlarına sadiqliyindən asılı olduğunu başa düşdülər.
Qızılbaşların çoxu 20 -ci əsrin birinci rübünə qədər kompakt şəkildə Kabil və Qəndəharda yaşayırdılar. Hərbi xidmət görə mükafatlar və pullar alırdılar, həm əfqan, həm də tacik kəndlilərinə kirayə verdikləri şərti və qeyd-şərtsiz torpaq mülkiyyəti əsasında paylar verilirdi.

Zaman keçdikcə bir çox Əfqan qızılbaşları varlı insanlara çevrildilər.
1818 -ci ildə Dürrani İmperiyasının süqutundan sonra qızılbaşlar Əfqanıstanın dövlət qulluğu sinfinə çevrilməyə başladılar. Katib, mühasib işləyirdilər, “mirzə” – katib, “nazir” – ev işçisi və “divani” – feodal evlərinin müdiri titullarına sahib idilər.
Sayı çox olmayan Kabil qızılbaşları Əfqanıstana bir çox yaradıcı və elmi ziyalılarının böyük nümayəndələrini verdilər. Kabil qızılbaşlarının məskunlaşdığı yerlərdə şiələrin hörmət etdiyi böyük məscidlər və məzarlar var.

Mənbə: S.E.Qriqoryev, “Əfqanıstanın şiə azlığı – qızılbaşlar

Write A Comment