“Xələc” toponimi oğuzların xalac tayfasının adını özündə əks etdirir. Mahmud Kaşğari göstərir ki, XI əsrdə oğuzlar 22 tayfadan ibarət olmuşlar.
Sonralar bu tayfalardan ikisinin ayrılaraq birləşməsi nəticəsində yeni qalac (xalac, xələc) tayfası formallaşmışdır. Rəşidəddin XIII əsrdə oğuzların tərkibində xalac tayfasının da yer aldığını göstərmişdir. Yaxın Şərqin işğallarında (XII-XVIII əsrlər) iştirak etmiş bu tayfanın bir hissəsinin hazırda İran, Pakistan və Türkmənistan ərazilərində yaşadıqları bildirilir. Xələclər Azərbaycanın müxtəlif bölgələrində də məskunlaşıblar və XVIII-XIX əsrlərdə oturaq həyat tərzinə keçiblər.
Divani Lüğəti-Türkə boy adı belə izah edilir:
“..İyirmi ikilər onlara Türkçe kal aç deyərlər, “ac qal” deməkdir. Sonradan bunlara “Xalaç” deyilmişdir; əslləri budur.”
Oğuz Dastanında da “Xələc” sözünün bir Türk boyunun adı olaraq görülər və “ac qalmaq” söyleminden törədiyi ifadə edilmişdir.

Adam Oleari (XVII əsr) xalac tayfasının Muğanda yaşadığını göstərir.
Azərbaycanda məskun olan xalaclar bu tirələrə bölünmüsdülər: çaparlı, çandirli, qarahəsənli, yetimlər, səfəralılı, ismayıllı, kürdəli, bayraməlili, berezlər, hüseynlər, aşqarlar, beyəli, hacılar, hacıqubanlı, Əhmədli, Hacıbabalılar, qurənli, çəmənli Dünyamalılar, qotaylar, şikarlı, xasaxalı və aşıqlılar.

Write A Comment