Orta Əsrlər Azərbaycan dövləti olan Səfəvi İmperiyasının əsas özəyini türk-türkmən tayfaları iştirak edib. Məsələn, Səfəvi dövründən bəhs edən “Tarixi Aləmarayi Abbasi (Müəllifi İsgəndər bəy Münşi – K.R) əsərində Səfəvi dövlətinin 17 qurucu tayfasının siyahısı verilib.
Oxşar say digər bir əhəmiyyətli Səfəvi dövrü əsəri hesab olunan Oruc bəy Bayatın xatirələridir. Bu əsərlərdə Səfəvi dövlətinin qurucu tayfaları olaraq Şamlı (Şamlı), Ustaçlu, Rumlu, Zülqədər, Əfşar, Qacar, Təkəli boyları ilk sırada gəlir. Başqa sözlə, bu tayalar dövlətin əsas özəyini təşkil edib. bu boyların əmirləri dövlətin ən yüksək postlarında təmsil olunub.

Bu tayfaların ən böyüyü və ən məşhuru Şamlı tayfası olub.
Adı keçən əsərlərdə qeyd olunur ki, kökləri Azərbaycandan olan Şamlı tayfası indiki Suriyanın Hələb, Dəməşq və digər şəhərləri ətrafında, eləcə də Türkiyə ərazisində (Ədirnə, Tarsus və sair) yaşadığı qeyd olunur. Mənbələrə görə Şamlı tayfası əsasən yayda Sivas vilayətində Uzun Yayla ərazisində yaylaqlarda, qışda isə Hələb-Qaziantep (Ayıntap) arasındakı ovalıqda yaşayıb. Osmanlı sənədlərində Hələb türkmənləri olaraq keçib.
Şeyx Cüneydin dövründə Səfəvi təriqətinə qoşulan şamlıların daha sonra Şeyx Heydərə beyət etdiyi və Şeyx Heydərin ən öndə gələn xəlifəsinin Şamlı tayfasından olan Hüseyn Bəy olub. Qərb tarixçilərinə görə, Şamlılar Ağqoyunlu hakimiyyətinə qatılmayıb və bu dövrdə Osmanlı dövləti ilə yaxşı əlaqələrə malik olub.
“Tarixi Aləmarayi Şah İsmayıl” əsərində Şah İsmayılın hakimiyyəti dövründə dövlətdə yüksək post tutan 9 şamlının adı çəkilir. Bunlar: Hüseyn Bəy Lələ, Əhməd Sultan, Axi Sultan, Abdi Bəy, Durmuş Xan, Zeynal Xan, Musa Bəy, Həsən Bəy, Süleyman Bəy.

Hüseyn Bəy Lələ “Əmir əl-Üməra”, yəni əmirlərin əmiri, eyni zamanda Şirvan və Herat valisi.
Herat hakimi Abdi Bəy, eyni zamanda Şah İsmayılın damadı olub.
Herat valisi Durmuş Xan. Eyni zamanda şahzadə Sam Mirzənin Lələsi.
“Əmir əl-Üməra” Hüseyn Xan Durmuş Xanın qardaşı.
Şamlı tayfasından iki ayrı qrupun adı keçir. Bunlar: Arabgirlər və Bəydililərdir. Bəydili tayfasının bir qismi İranda yaşayıb və Ağqoyunlulara yaxın olub. Səfəvi dövlətinin qurucuları sırasında olan Şamlı Abdi Bəy və oğlu Durmuş Xan Bəydili tayfasından olduğu ehtimal olunur.
İsgəndər Bəy Münşi əsərində Şah Abbas zamanında dövlətin əsas əmirlərindən olan Gündoğmuş Sultanın Bəydili tayfasından olduğunu və tayfası ilə birlikdə Kərkük və ətrafında yaşadığını qeyd edir.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment