Sənəd

Övliya Çələbi vaxtilə Diyabəkrdə danışılan türk ləhcəsilə Osmalı türk ləhcəsini müqayisə edib və qiymətli sənədi bu günə yadigar qoymuşdur.
«Morfologiyaya əsasən Çələbinin məlumatlarından bəlli olur ki, Diyarbəkirin türk ləhcəsi 17-ci əsirdə hələ də Azərbaycan türk ləhcəsi idi».
Demək olar ki, onda Diyarbəki ləhcəsi Azərbaycan türkcəsinin bir ləhcəsiydi. İndi də Gündoğan Anadolunun ağızı Azərbaycan türkcəsinə çox yaxındır. Bu qəribə deyil, çünki Gündoğan Anadolu böyük Azərbaycan dövlətləri – Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətilərinin tərkibində olub.

Sonra Övliya bəzi sözləri və deyimləri Diyarbəkir ləhcəsindən Osmanlıcaya çevirir və buradan müqayisə aparmaq mümkündür: sağda 16-17 yüzilin Dİyarbəkir ləhcəsinin sözləri (indiki Azərbaycan türkcəsilə eyni). Solda – o sözlərin osmanlıcaya tərcüməsi :
menim gimi – benim gibi
hey kişi pişik kimi – hey adem kedi gibi
ireli – ileri
körpi – köprü
öz özüme – ben bana

M. Van Bruinessen, H. Boeschoten, «Evliya Çelebi in Diyarbekir» / Elmar Həsənli

Write A Comment