Hərdən bəzi adamlar bizə sırımaq istəyirlər ki, guya İsmayıl Bahadur xan İran dövlətçiliyini dirçəldib, və ya ümumiyyətcə özünü qədim Persiya şahlarının varisi kimi qələmə verirdi.
Ancaq ABŞ-ın Yel Universiteti, tarix üzrə professoru Abbas Amanat belə düşünmür. O, “İran. A Modern History” kitabında qeyd edir:
“İsmayılın taxt iddiasında, məşhur sufilərin nəslindən olmasından daha çox şey var idi. Uzun Həsənin nəvəsi olaraq özünü taxtının haqlı varisi sayırdı və Uzun Həsənin xələfləri tərəfindən itirilənlərin hamısını yenidən fəth etmək niyyətində idi.”

Eyni zamanda A.Amanatın yazdığına görə, sonradan Səfəvi mənbələri Şah İsmayılın qurduğu sülalənin, Səfəvi ordeninin dini hakimiyyəti ilə Ağqoyunlu imperatorluğunun dünyəvi hökmranlığının birliyi olduğunu əks etdirirdi.

Beləliklə, nəticə göz qabağında.

Write A Comment