Bu yazıda Səfəvi imperiyasının hərbi gücü haqqında məlumat verəcəyik. Mənbələrdən aydın olur ki, Qızılbaş elitası fars cəmiyyətinə və mədəniyyətinə assimilyasiya olunmurdu, əksinə olaraq özləri hakimiyyət və özünəməxsus ənənələrin daşıyıcıları idilər.

Keçmiş CIA kəşfiyyat analitiki, İran və Yaxın Şərq mütəxəssisi olan Stiven R. Uord, «Immortal. A military history of Iran and Its Armed Forces» adli kitabında Səfəvi dövlətindəki hərbi qüvvəni belə izah edir:

“Erkən Səfəvi dövləti əsasən hərbi xarakter daşıyırdı. İsmayıl Qızılbaş komandirlərinə idarə etmək üçün vilayətlər və Əmir ül-Umara və ya ordu komandiri, Qorçubaşı, ya da Qızılbaş qəbilə alaylarının komandiri də daxil olmaqla ən yüksək vəzifələr alirdılar. Özünü hərbi elita kimi təsdiqləməklə yanaşı, Qızılbaş-türkmənlər yeni Şah İsmayıl dövlətində əsas hissəni təşkil etdilər. Qızılbaşlar fars adətlərinə yuxarıdan baxır və onlarala qarışmirdılar. Onlar “qılınc insanları” idilər və farsların əmri altında olmağı özlərinə sığışdırmırdılar.

Ayrıca, bu barədə V.V.Bartoldun da maraqlı bir tərtibatı diqqət çəkir.
O, qeyd edirdi ki, başqa bir bölgədə, yani Gürgəndə türkmənlər Xarəzm özbəkləri və İran hökuməti ilə eyni vaxtda mübarizə aparırdılar; o dövrdə İranda hərbi güc başqalarının, Səfəvi sülaləsini meydana gətirən AZƏRBAYCAN TÜRKMƏNLƏRinin əlində idi. Əvvəlki məqalələrdə olduğu kimi, digər tədqiqatçılarla yanaşı, Stiven Uord da Qızılbaşlari “Türkman” deyə adlandirir. Bu, “Türkman” adı ilə Orta Asiyadakı Türkmənlər arasında hər hansı bir əlaqənin səhv olduğunu göstərir.
Bartoldun söylədiyi AZƏRBAYCAN TÜRKMƏNİ Orta Asiyanın Türkmənləri ilə heç bir əlaqəsi olmadığı aydındır.

Mənbə: vk.com/azeri_nationalist

Write A Comment