Şah Təhmasib ölkəni dağıdan klanları necə məhv etdi, və daxili çəkişmələr dövlətin mövcudluğunda hansı təhdidlər ola biləcəyi haqqında vacib tarixi dərs.

Şah İsmayılın vəfatından sonra 1524-cü ildə hakimiyyətə keçən oğlu Şah Təhmasib (1524-1576) yeniyetmə idi. Şah İsmayılın vaxtı xeyli güclənmiş və hakimiyyətdə nüfuz qazanmış 4 əsas klanlar (Şamli, Rumlu, Ustacli və Təkəli) bundan istifadə edərək Şahla hesablaşmamaq, hakimiyyət uğrunda mübarizə apararaq, onu istədikləri kimi idarə etmək fikrinə düşdülər. Bəzi klanlar isə hətta Təhmasibi yıxıb özlərinə sərf edən şəxsi hakimiyyətə gətirmək niyyətində idilər. Hər klan özü daha güclü olmaq istədiyi üçün onlar arasında qanlı döyüşlərə və xəyanətlərə gedib çıxan  rəqabət başladı. Bəziləri isə xarici qüvvələrin köməyi ilə bu rəqabətdən qalib çıxmaq niyyətində idilər. Gənc Təhmasibin lələsi (atabəyi) Əli bəy Rumlu olduğu üçün Rumlularin nüfuzu artmışdı, lakin Ustaclı tayfasından olan Köpək Sultan onların güclənməsini istəmirdi. Əli bəy Rumlu, Çuxa bəy Təkəli və digər nüfuzlu əmirlərlə birləşərək Köpəy Sultanla döyüşlər apardi.

Nəticədə Səfəvilərdə mərkəzi hakimiyyət zəiflədi. Bundan istifadə edən Özbək xanı Ubeyd xan şərqdən, Sultan Süleyman isə qərbdən hərəkətə keçdilər. Həmin klanların yerlərdə olan bəzi hakimləri isə Təhmasibə xəyanət edib düşmənə dəstək verdilər. Elə bir vəziyyət yarandı ki, Səfəvi dövlətinin mövcudluğu sual altına düşdü.

Amma Təhmasib 13 yaşında böyük Səfəvi dövləti quran Şah İsmayılın oğlu idi. Qəti və sərt hərəkətlərlə tədricən bütün klanların ambisiyalı liderlərini sıradan çıxaran və ölkəni mərkəzləşdirən Təhmasib Xorasanda Ubeyd xanı, Azərbaycan və şərqi Anadoluda isə hücuma keçən Osmanlı ordularını məğlub edib geri oturtdu. Yerli əmirlərin xəyanəti nəticəsində Səfəvilər bir müddət Bağdadı itirsələr də, ağıllı beynəlxalq siyasət və ordunun gücləndirilməsindən sonra o torpaqlar da geri qaytarıldı.

Write A Comment