Fevral inqilabından (1917) sonra ölkədə hakimiyyətsizlik və anarxiyanın hökm sürdüyü bir vaxtda, azərbaycanlıların bolşevik və erməni-daşnak dəstələrindən müdafiəsinə ehtiyac duyulurdu. Baxmayaraq ki, Azərbaycanın Bakı və digər şəhərləri ilə yanaşı, Gəncədə də Müsəlman Milli Komitəsi yaradılmışdı bu yenə də bolşevik və erməni-daşnak dəstələrinin qarşısına almağa kifayət eləmirdi.

İngiltərənin “The Western Gazette” qəzetində, bu dövrdə Gəncədə baş verən hadisələrin necə təsvir olunduğunu sizə təqdim edirik.

“Burada üsyançıların 1500 bolşevik öldürdüyü, bir çox qırmızıların isə erməni məhəlləsində gizləndiyi qeyd olunur. Ermənilər bitərəf qaldılar və ya bolşeviklərin tərəfində çıxış etdilər, nəticədə bolşeviklər Gəncəyə girdi və yerli əhalini, o cümlədən uşaqlar və qadınları qırdı. Çox sayda qadın təcavüzə məruz qaldı və erməni məhəlləsi xaricində bütün şəhər xarabalığa çevrildi. Bu hadisələr kütləvi şəkildə Quran kitabının yandırılması ilə müşahit olunurdu.”

“Western Gazette”, 15 min insanın öldürüldüyünə dair məlumatlar da gətirir, lakin buna baxmayaraq, azərbaycanlıların müqaviməti səngimədi və bolşeviklərin 1917-ci ildə [Azərbaycan Türkləri] tərəfindən tərksilah edildiyi Şəmkir başda olmaqla, bütün Azərbaycanda anti-bolşevik qiyamları baş verdiyi qeyd olunurdu.

Bu cür xəbərlər eyni zamanda “The New York Times” qazetində də işıqlandırılmışdır: “Yelizavetpolun (Gəncə) Tatar (Azərbaycan türkləri) əhalisi bolşeviklər tərəfindən amansızlıqla öldürüldü.”

Write A Comment