Nadir şahın Əfqanıstanda məskunlaşdırdığı qızılbaşlar haqqında maraqlı bir məqaləni sizə təqdim edirik.

İngilis jurnalist J. H. Xant, «Outram & Havelock’s Persian Campaign» adlı kitabında, hələ Qacarların hakimiyyət dönəmində, qızılbaşların Əfqanıstanın həyatındakı rolunun nə qədər güclü olduğunu təsvir edir.
O yazir:

“Həm Kabildə, həm Qəndəharda Nadir tərəfindən burada məskunlaşdırılmış iran (qızılbaş) tayfaları yaşayırdı. Onlar birlik, hərbi qabiliyyət, nüfuz və güclü zəkaya görə böyük qüdrət qazanmış, irsi döyüşçülər koloniyaları idi.

Kabil və Qəndəhar rəhbərləri Sadozayların təsirindən qorxaraq və əksər əfqanların onlara bağlılığından şübhələnərək, başdan bəri özlərini, iranlılarla və ya adətən Qızılbaş adlanan bu tayfalarla, bağladılar. Lakin Qızılbaşlar dillərini, dinlərini və vətənə bağlılıqlarını qorudular. Onlar hələ də əfqan və sünni əhalisi ilə əhatə olunmuş iranlı şiələr idilər.

Qızılbaşlar Barakzaylarla olan əlaqələri səbəbindən həm Kabildə, həm də Qəndəharda dominant bir xalq halına gəldilər və bu liderlərlə birlikdə, əfqanların Sadozaylara bağlanmasının bir gün onları səltənətə qaytarması və əfqanlara öz ölkələrində lazımi üstünlük verəcəkləri qorxusunu bölüşürdülər. Buna görə də təbii olaraq doğma yurdları olan İrana (Qacar dövlətinə), yalnız xarici təcavüz və daxili inqilablardan qorumaq üçün deyil, həm də hələ də yad olduqları bir ölkədə dominant mövqelərini möhkəmləndirmək üçün dəstək üçün müraciət etdilər.

Onlar hiss etdilər ki, xidmət etdikləri liderlər dəstək üçün İrana (Qacar dövlətinə) müraciət etsələr, o zamandan etibarən onlarin təsiri möhkəmlənəcəkdir; Əfqanıstanda öz millətlərinin həqiqi nümayəndələri olduqları üçün Şahın sevimli alətlərinə və öz liderlərinə daha da lazim olacaqlar.

Buna görə də bütün təsirlərini, İranla (Qacar dövləti) əlaqələrinin xeyrinə istifadə etdilər; Hökmdarlarının zehnində yalnız İranin (Qacar ​​dövlətinin) onları qorumaq iqtidarında olmaması ilə əlaqədar narahatlıq olduğundan, onlar həm də Rusiya ilə ittifaqın üstünlüklərində israr edirdilər, çünki hər iki dövlətin cəsusları onlara İran və Rusiyanın bir olduğunu söyləyirdilər.”

Bütün bunlar onu göstərir ki, Azərbaycan qızılbaşları, Əfqanıstanda bütün sahələrdə möhkəm yer tutmuşdular və bir diaspora funksiyasını yerinə yetirərək, iki ölkə arasında əlagələri möhkəmləndirməklə məşqul idilər.

Mənbə: vk.com/azerbaycanturku

Write A Comment