Midiya ən qədim zamanlarda Güney Azərbaycan və Qərbi İran torpaqlarında qurulmuş bir dövlətdir. Midiya xalqının etnik kökəni çox vaxt mübahisələrə səbəb olmuş bir məsələdir. Bəziləri Midiyalıları

Farslarla eyni mənşədən hesab edir. Lakin bu görüş doğru bir görüş deyil. Midiyalıların Fars olmadığını sübut edən mənbələrə baxaq:

  1. “Maqlar dedi: Ey kral! Biz də sənin hökmranlığının qalmasında maraqlıyıq (qalmasınıistəyirik); çünki əks təqdirdə krallığın sənin xalqından fars olan bu uşağa (I. Cyrus) keçəcəkdir. Bu durumda biz Midiyalılar kölələşdiriləcəyik və biz ayrı qandan olduğumuz üçün də Farslar tərəfindən heç hesaba qatılmayacağıq…”
    (Bax. Herodot, I, 120)

Herodotun verdiyi bu məlumat sübut edir ki, Midiyalılar özlərini Farslardan həm millət, həm qan olaraq ayrı hesab edirlər.

  • “Medlər və Farslar mənşə etibarilə fərqli xalqlar idi.”
    (Bax. Niebuhr (B. G.) The Lectures on Ancient HIStory, İngiliscə tərc. L. Schmitz: The Collected Lectures of B. G. Niebuhr, London, C IV, s. 95)
  • İran əsilli məşhur tarixçilərdən Dînəvərî və Təbərî Türklərlə birlikdə Medlərin də kökənini Nuh oğlu Yafəzə bağlayarkən Farsların kökənini Sama (Şem) bağlayırlar.
    (Bax. Taberî: Tarih, c. I, S. 211,216,218,219)
    (Bax. Dîneverî: el-Ahbâr, A. Âmir neşri, Kahire, 1960, s. 1-2; Türkçe çev. S. 46-47)

Təbəri və Dinəvəri’nin verdiyi bu məlumatlar sübut edir ki, Bibliya adəti ilə soy kötüyü yazımında da Midiyalılar Farslarla eyni kökdən yox, Türklərlə eyni kökdən göstərilib. Sam farsların, Yafəz Türklərin atasıdır və Midiyalılar Yafetik hesab edilir.

  • “Müqəddəs mətnlər və eyni şəkildə Yunanlar, Midiya krallığını Farslarınkından ayırır.”
    (Bax. Malcolm Sir J. Histoire de la Perse, Paris, c. I, s. 313 dipnot 3)
  • “Bu eyni Sumer tipini Daranın Bisütun qayası üzərinə qazıdığı Midiya kralı portretində tapırıq. …Şübhəsiz ki, oxşarlıqları (Farslar və Midiyalılar) dəqiq deyil. Fəqət bizim üçün sadəcə onlarda diqqət çəkən etnik fərqliliklərin müzakirə mövzusu olmasıdır. Orada (rəsmdə) milliyəti çox fərqli insanlardan danışılır.”

(Bax. Zaborowski (M.S.): Les Peuples Aryens d’Asie et d’Europe , Paris, 0. Doin, s. 157.)

  • “Fəqət Midiya İmperiyasının quruluşundan əvvəl qədim bir Aryan işğalı hipotezi, təkrar edirəm, heç bir əsasa malik deyil. Oppert heç şübhəsiz ilk Med krallarının Turani olduqlarını müdafiə etməkdə haqlı idi.”

(Bax. Zaborowski (M.S.): Les Peuples Aryens d’Asie et d’Europe , Paris, 0. Doin, s. 143.)

Eyni Zaborowski yenə eyni əsərində Kürdlərin də Midiyalılardan törəyən xalqlardan biri olduğunu qeyd etmişdir.

(Bax. Zaborowski (M.S.): Les Peuples Aryens d’Asie et d’Europe , Paris, 0. Doin, s. 161-162)

P.S. Bu son sitatı gətirməyimə səbəb, bəzən Kürd-Med paraleli üzərindən Midiyalıları Aryan/İrani çıxartmağa çalışanlara cavab verməkdir. Hə, Kürdlər də Azərbaycan Türkləri və Sarmatlar kimi Medlərdən törəyiblər. Lakin bu Medlərin Aryan deyil, Kürdlərin Turani olması mənasına gəlir. Çünki yuxarıda da gördüyümüz kimi Zaborowski həm Medləri Turanlı saymaqdadır, həm də Kürdləri onların davamı hesab etməkdədir.)

Miladdan öncə 9-cu əsrdən əvvəl bugünkü İran torpaqlarında Aryanların olmadığını müdafiə edən tarixçilərdən biri də J. Halevidir. (Halevinin fikirləri üçün bax. Journal Asiatique, 1898, c. XI, s. 320)

Midiyalıların Fars olduğunu təkzib edən 6-cı sitatı təşkil edən iki fərqli mənbəmiz (Zaborowski və Halevi) sübut edir ki, Midiyalılardan əvvəl İranda Farsların atası olan böyük Aryan irqinin üzvləri yaşamayıb və İranı istila etməyib. Bu o deməkdir ki, Midiya xalqının kökü Aryan ola bilməz.

Midiyalıların Fars olmasını qəbul etməyərək Aryan olmadıqlarına işarə etdik. İndi isə Midiyalıların Türk olması ehtimalını dəyərləndirək.

Yuxarıda Midiyalıların Farslığı tezisinə qarşı qoyduğumuz 6 sitatın 3-cü bəndində soy kötüyü üzrə ortaçağ tarixçiləri və hər ikisi Fars əsilli olan Təbəri və Dinəvəri Midiyalıların Türksoylu Saklarla eyni kökdən, Nuh oğlu Yafəzdən gəldiklərini yazırlar. Midiyalıların Farslığı tezisinə qarşı gətirdiyimiz 6 sitatın 6-cısına nəzər salsaq, Zaborovski Midiya Krallarının Turani mənşəli olduğunu qəbul edir. Bu iki mənbədən əlavə Midiyalıların Türklüyünü sübut edən mənbələri paylaşaq;

  1. “Media Asiyada qədim bir krallıq və olduqca geniş bir ölkədir, indiki İranın Şimal-qərb bölgələri bura daxildir. Orada əslən, qədim yazarlar tərəfindən Medlər olaraq adlandırılan Turani bir irk yaşayırdı.”

(Bax. The Encyclopedia of America: “Media”, C. XVIII, 1957, s. 534)

Amerikan Ensiklopediyası Midiya Xalqını Turani mənşəli hesab edir.

  • M.ö. IV əsrdə yaşayan məşhur Babilli tarixçi Beroz, M.ö. təxminən 2500 və ya 2486-cı ildə Medlərin Xaldey (Babil) ölkəsini işğal etdiklərini söyləyir; ona görə işğaldan sonra da Babillilər hər il Loos ayında, yəni ilin on birinci (Noyabr?) ayında beş gün “Sak bayramı” Adı ilə Saklardan qurtuluşu qeyd ediblər.

(Bax. Atheneus: lib. 14; Cory (İ.P.) : Ancient Fragments, s. 42-43)

Bu mənbə bizə sübut edir ki, günümüzdən 5000 il əvvəl yaşamış Babillilər və 2500 il əvvəl yaşamış tarixçi Beroz Midiyalı Madayları Sak mənşəli hesab edir.

Son verdiyim mənbəyə etiraz olaraq Sakların İrani olmasını iddia edənlər ola bilər. Onlara cavab olaraq bu mənbəni verirəm:

“Sir J. Malcolm, Sir P. Sykes, B.G. Niebuhr, G. Nagy, Fr. Lenormant, A.D. Mordtmann, G. Grote, K. Neumann, G.W.B. Huntingford, Ed. Norris, E.H. Minns, və O. Franke Sakların Türk və ya Türksoylu olduqlarını müdafiə edən tarixçilərdir.”

(Bax. Zend-Avesta: Yaşt 13, 143; Rawlinson G. : The Five Great Monarchies of the Ancient Eastern World, London, C. II, s. 386, dipnot 3.)

  • “Bununla birlikdə Medlər, Yafəs nəslindən olmaları ilə birlikdə çox erkən dövrdə çox güclü xalq kütləsi olan qonşuları Saklar içindən ortaya çıxdıqlarını düşünürəm. Hər halda tarixdə ilk göründüklərində Saklardan ayrılmırdılar; Həyat tərzlərində, dinlərində və dillərində endikləri ailənin bütün xarakterini mühafizə edirdilər; Bu gec dövrlər də farslarla olan əlaqələrinə qədər davam etmişdir.”
    (Bax. Rawlinson H. C. : Notes on the early history of Babylonia, The Journal of the Royal Asiatic Society, C. 15, s. 241)
  • “Proto-Medlər böyük Kuşit və ya Sak irqinin əsas qollarından biri olaraq qəbul edilir.” (Bax. Rawlinson (G.) Memoir on Cuneiform İnscriptions, c. 1, s. 123, dipnot 7.)
  • M. S. Zaborowski kimi bəzi Avropalı tarixçilər və antropoloqlar Midiyalıların Sumer kökənli olduğu tezisi üzərində durmuşlar. (Bax. Zaborowski M. S. : Les Peuples Aryens d’ Asie et d’Europe, Paris, s. 159)

Bu son verdiyimiz mənbəyə bir çox şəxs etiraz edə bilər. Çünki Sumerlərin kökəni haqqında fərqli fikirlər irəli sürülür. Biz qısaca bu mənbəni verək:

“Orta Asiyada Türk kökənli bir xalq olan Sumerlər Xəzər Dənizi üzərindən sıra dağları aşaraq Babilin cənubuna yerləşmişlər və tarixin başlanğıcında böyük bir kültürün təməllərini atmışdılar. Yeni vətənlərində ölkənin təbii vəziyyətinə uyğunlaşdılar. Sumercə Kiengi sözü ölkə anlamına gəlir, daha sonra Singir və sonunda Şumir və Sumer olaraq şəkillənən bir addır.
(Bax. Hommel F. Geschichte Babyloniens und Assyriens. Berlin, s. 220)

  • “Yuxarıda Turanlıların Semitiklər və Aryanların böyük köçlərindən əvvəl dünyaya yayılan ilk irqlərdən olduğunu və Avropada olduğu kimi Asiyada da çox geniş torpaqlara yayıldıqlarını göstərdik. Dəclədən Hind çayına qədər o zamanlar Kuşanların şimalınadək və sonra İranlıların alacaqları bütün torpaqlar əllərində idi və Hindistanın ən böyük qisminə sahib idilər… Med ölkəsi tez-tez düşünüldüyü kimi sadəcə Hind-Avropa irqindən olan xalqlardan ibarət deyil; əksinə yerlilərinin böyük çoxluğu bu gün olduğu kimi Turan irqinə mənsubdur. Med adı belə ölkə və bölgə mənasını verən saf Turani bir addır.”
    (Bax. Lenormant F. Lettres Assyrologiques sur L’Histoire et les Antiquites de L’Asie Anterieure, Paris. S. 8-9)
  • Bar Hebraey (Əbü’l Fərəc), Medlərin, Sakların və digər Türksoyluların Yafəzdən törədiyini qəbul edir.
    (Bax. Bar Hebraeus, Makhtbhanut Zabhne, ing. Çev. W. W. Budge, The Chronography of Gregory Abû’l-Faraj, London, Oxford Uni. Press, 1932, c. I, s. 7.)
  • “Medlərin Afinadan gəlməsi əfsanəsi mütləq Hellenik bir nağıldır; əfsanə ən azından Aryanlar üçün Medlərin Med ölkəsində xarici/gəlmə olduqlarına işarə edir. Həqiqətən Medlər Turana aiddirlər.”
    (Bax. Oppert J. Le Peuple et la Langue des Médes, Paris, Maisonneuve, s. 10)
  • “Midiyalılar (Med) indiki İranın ilk milləti, hökümətləri ilə ilk hökümətidir. Bunlar Xəzər Dənizindən indiki İraq-i Əcəm və Bəsrə Körfəzinə qədər uzanmışlardır. Mixî yazını, yəni Mıx yazısını ilk bunlar icad etmişlərdir. Âsurîlər ilə mübarizə aparmışlardır, dört əsr səltənət sürmüşlər və İranlılar tərəfindən məhv edilmişlərdir. . İranlılar bunları özlərinə təmsil etmişlər (bənzətmişlər)dir, yəni İranlılaşdırıb bitirmişlərdir. İran mədəniyyəti Med mədəniyyəti üzərində qurulmuşdur. Deməli o möhtəşəm deyilən İran mədəniyyətinin əsası Türk mədəniyyəti idi; bu gün İran deyilən yer Türk yurdlarından biri, yəni Turândır.” (Bax. Rızâ Nûr, Türk Târihî, İstanbul, Matbaa-ı Âmire, 1342/1924, c. I, s. 81)
  1. “MÖ. 9-cu yüzillikdə Assur kralı Şamşi-Adad V (824-810) İrana doğru hərəkət etdiyi zaman Mediya (Med ülkesi) sərhədləri içindəki Gizilbunda bölgəsində Piri-Şad adında bir kralla qarşılaşdığını tabletindən öyrənirik. Bu tabletdəki yer ve kral adlarının Turanî dildən olduqları açıq şəkildə görülməkdədir. Orxon kitabələrində “Şad” sözünün müəyyən bir bölgə idarəsinə məmur edilən əsilzadələrin (prinslərin) ünvanı olduğunu bilirik. …

    Assurlar daha sonralar Matapim məmləkətinə, yəni Midiyaya girdikləri zaman burada Hanasiruka adında bir başbuğla qarşılaşdıqlarını yenə tabletlərdən öyrənirik. Bu başbuğ adının da Turanî ləhcəyə aid olduğu meydandadır. … Əhəməni dövrü Farslarının Medləri Turanlı saydıqları və Midiyanın əski İran dastanlarındakı Turana daxil olduğu, İran və Yunan mənbələrini qarşılaşdırdığımız zaman şüphəyə yer qoymayan bir aydınlıqla meydana çıxmaqdadır.“
    (Bax. Günaltay M. Ş. İran Tarihi, Ankara, TTKY., 1948, c. I, s. 99-103.)

Midiyalıların Türk olduğuna dair gətirdiyimiz 9 istinad mənbədən əlavə Midiyalıların xalq kimi formalaşmasında rol oynayan Midiyadan əvvəlki xalqların mənşəyi haqqında məlumat verək:

  1. “Cənubdan Şimala Elamlılar, Kassilər, Lullubilər və Qutilərdir. Hamısı yuxarıda bəhs etdiyimiz eyni irqi blokdur; hamısı da eyni qohum dilləri danışırlar..”
    (Bax. Ghrishman R. L’İran des Origines â l’İslam, Paris, Payot, s. 39)

Ghrishman bəhs etdiyi ortaq dilin daha öncə “əkləməli heca dili” olduğunu söyləmişdir. (Bax. Age., s. 31)

Bilindiyi kimi əkləməli dil quruluşu Fars-Aryan dillərinə yox, Türk/Ural-Altay dillərinə xas xüsusiyyətdir.
Midiyalıların ilk hökmdar sülaləsi olan Qutilər haqqında da məlumat verək:

  • “Qutiləri H. C. Raulinson və W. Watson kimi bəzi Avropalı alimlər Turani bir xalq olaraq qəbul edirlər.”
    (Bax. Rawlinson H. C. Ve Watson W. W. : Kûrdistan, The Encycl. Britannica, 15. Nəşr, 1911, c. 15, s. 950)
  • Midiyalıları təşkil edən millətlərdən biri də Elamlılardır.
  • “Elam düzənliyi, Xaldeydən fərqli olaraq, Dəclə və İran arasındakı dağlıq bölgədə yerləşir. Elamlıların bir Sami qövmü olaraq təqdim edilməsi bizi təəccübləndirdi, çünki linqvistik olaraq Elam mütləq olaraq Samilərə yad və əlaqəsizdir. Mixi yazılı kitabələrimizdə bu dil haqqında oxuduğumuz əkləməli bir quruluşa sahibdir və Aryanlardan öncəki qədim Proto-Midiya xalqının dili ilə yaxından əlaqəlidir və bir dərəcəyə qədər Altay dilləri ilə, xüsusilə də Türk dil qolu ilə əlaqədardır.

(Bax. Lenormant F. Origines Historiques de l’Humanite, Paris. S. 280)

Midiya xalqını formalaşdıran xalqlardan biri də Turukkilər idi. Turukkilər haqqında məlumat verək:

  • Alman Assuroloqu F. Hommel Zaqros dağlarının şərqində Urmiya gölü hövzəsində yerləşən Hurri-Subar mənşəli xalqa mənsub Turukku etnoniminin Türk adının ən qədim forması olduğunu irəli sürərək yazırdı ki, Turukkiləri Xəzər dənizi tərəfdən gələrək yerləşən köçəri Türk tayfaları kimi qəbul etmək olar. Beləliklə Türk’ adının bilinən ən qədim forması Turukdur.

    Bizans müəllifləri də bunu Turkxoi şəklində yazırlar. Türk tayfaları ilə çox yaxın qohum olan Şumerlər də, Midiya dağları üzərindən İkiçayarasına Babilə gəlmişlər.
    (Bax. F.Hommel, Geschichte Babylionens und Assyriens, s.501)
  • “Yaxın Şərq və bugünkü İran torpaqlarında M.Ö. 3 və 2-ci minilliklərdəki xalqların danışdığı dillərin, sadəcə İran dilləri ailəsi ilə deyil, Hind-Avropalı dillər ailəsi ilə də heç bir əlaqəsi yoxdur. Burada yaşayan Elamlılar (Kârû ve Kərhə dərələri və bugünkü Xüzistanda), Kassilər (Kassitlər, Yuxarı Babildə) Lullubilər (Lullubilər, Qərbi İran dağlarında), Kaspi və Mannalılardan (Mannalılar, Xəzərin cənub hövzəsi) ibarət idi. İran dilləri ilə əlaqədar ilk dəlillər, özəl adlar və yer adları olub m.ö. 9. və 8. Yüzilliklərə aiddir.”
    (Bax. Mikhailovich O. İ. : İranskie jazyki, Farsca tərc. A. E. Sadəkî: Zabanhâ-ye İrânî, Tehran, 1998, s. 45- 46)

Gördüyünüz kimi Midiyalıları təşkil edən Proto-Xalqların hamısı Aryan/İrani yox, Türk mənşəli və Turani xalqlardır. İndi isə Midiyalıların adı haqqında Panİranist tarixçilərə cavab verək:

  1. Rus orientalist İ. M. Diyakonoff, “Mâdâ” adını açıqlayabiləcək və Hind-Avrupa dillərinə aid heç bir söz kökünün olmadığını qəbul edir.
    (Bax. Diakonoff İ. M. Media, The Cambridge History of İran, ed.by İ. Gershevitch, Cambridge, Cambridge U. Press, c. 2, 1985, s. 57.)
  • J. Oppert, Madâ adını açıqlayan heç bir Aryan etimoloji söz kökünün olmadığını demişdir. (Bax. Oppert J. Le Peuple et la Langue des Medes, Paris, Maisonneuve, s. 10)

Gördüyümüz kimi “Med” adının heç bir İrani dildə izahı yoxdur. Lakin Turani dillərdə var: “Med (Médie) ölkəsi adı birbaşa ölkə və bölgə anlamını daşıyan saf Turani bir sözdür.”
(Bax. Lenormant Fr. Manuel d’Histoire Ancienne de l’Orient jusqu’aux Guerres Mediques, Paris, c. II, s. 8-9.)
(Bax. Erdy M. The Sumerian, Ural-Altaic, Magyar Relationship; A History of Research, New York, Gilgamesh, 1974, s. 50)

Midiyalıların danışdığı dil barədə də bir sıra mənbələri yox saymaq olmaz. Məsələn:

  1. “”Macar və Fin qrupları ilə daimi oxşarlıqları istisna etmədən, Altay dilinin bütün əsas dilləri arasında Medcə ilə ən yaxın əlaqələrə malik olan dil türk dilidir.”
    (Bax. Oppert J. Le Peuple et la Langue Des Medes, Paris. S. 49-50)
  • “Türkcə digər həmcins dillərə nisbətən Midiyalıların qədim dillərinin izlərini daha çox verməkdədir.”
    (Bax. De Saulcy F. Recherches Analytiques sur les İnscriptions Cunéiformes du Systéme Médique, Paris, Imprimerie Nationale, s. 119.)
  • Pierre Lecoq Bisütun yazılarının ikinci sıradakı dilinı “Türkçə kimi əkləməli dildir.” Deyir. (Bax. Lecoq P. Les İnscriptions de la Perse Achéménide, Paris, 1997, s. 29.)

Bilindiyi üzrə Əhəməni Şahı Daranın kitabələrinin ikinci mətni Midiya və ya Yeni Elamcadır. Pierre Lecoq bu mətni Türkcə kimi eklemeli dil hesab edir. Yəni hər iki ehtimalda Midiyalılar Türkdür.

Midiyalıların Türkistan əsilli olduğunu iddia edir və öz əsaslarımı təqdim edirəm:

  1. “Zamanın axışı içərisində Cinlərə hökm edən bir kral ortaya çıxdı; bu qəhrəman kral olaraq bilinən bilgə Bîvərasp idi. Krallığının merkezi, Ekvator yaxınlığına uzanan yaşıl dənizin ortasındakı Balasaqun adası idi.”

(Bax. İhvân-ı Safâ: Resâil, 22. Risâlə, İngiliscə tərc. L. E. Godman: The Case of Animals versus Before the King of Jinn, Boston, Twayne Press, 1978, s. 53)

Biverasp əfsanəvi Kəyani-Med krallarından biri idi. Biveraspın dövlətinin mərkəzinin Balasaqun adlı bir coğrafi yer olduğu bu mənbədə qeyd edilir. Bu bizə proto-Midiyalıların Türkistandan gəldiyini sübut edir. Çünki bilinən yeganə Balasaqun Türkistanda yerləşir.

  • “Zərdüştlük də daha sonrakı dönəmlərdə Türkistandan İrana yayılmışdır.”

(Bax. Russell (J. R.) : “Zoroaster”, Encyl. Of Asian History, New-York, c. 4, s. 314-315)

Zərdüştilik Midiyalıların qədim dini idi. Bu mənbə Zərdüştlüyün Türkistandan indiki İrana yayıldığını qeyd edir. Deməli Midiyalılar öz dinlərini Türkistandan özləri ilə gətirmişdilər.

Nağıbəyov Məmmədtağıbəy

Write A Comment