– Şahın ümumi təsviri
– Səfəvilərin Hindistandakı vassalları haqqında

İtalyan səyyah Pietro Della Valle dostu Mario Skipanoya göndərdiyi məktubunda ən böyük arzusunu, Şah Abbasın görünüşünü və Səfəvi dövlətinin Hindistandakı torpaqları haqqında maraqlı faktlar qeyd edir;

«Ən böyük arzum olan və məni İtaliyadan buralara gətirib çıxaran əsas səbəb adını indi çəkmək istəmədiyim, ancaq sizin kimdən bəhs etdiyimi anladığınız və bu gün dünyada ən məşhurlardan biri olub İtaliyada hamının dediyi kimi, dünyanı lərzəyə gətirən O Cəsur Padşahı görmək arzusudur.

Şah içəri girir… Boyu məndən bir az hündür olardı. Üzdən arıq deyildi, amma nəcib idi, ətrafları və beli nazik, ancaq əzələli və güclü idi. Mən ona Gran Piccino adı qoydum. Çünki o, Böyük Şah, geniş ürəkli, təvazökar və hörmətəlayiq bir insandır. Haradasa, 49 yaşı olardı, ancaq yerişində, danışığında, baxışlarında zirək idi… Gözəl xarici görünüşə malik idi.

O, Sinyor Kolletta kimi qaraşın idi, ancaq dərisi çox qara idi, bəlkə də buraların qızmar günəşindən daha da qaralmışdı, çünki mən də indi İtaliyaya qayıtsam, siz (dostu Skipanoya xitabən) məni nə rəngimdən, nə də üzümdən tanıyarsınız. Şahın əlləri həmişə xınalı idi, çünki, şərqlilərdə həm qadınlar, həm də kişilər xına qoymağa adət ediblər. Burnu qartal burnuna bənzəyirdi, təbii, qara bığları və qaşları var idi.

Üzünün və alnının qalan hissəsi bu yerlərin adətinə uyğun qırxılmışdı. Çox canlı, parlaq, gülümsəyən gözləri var idi. İstər gözlərində, istərsə də şəxsində böyük ruh hiss olunurdu. O, divanxanaya yaxınlaşanda Hindistan sərhədlərindəki torpaqları idarə edən vassallardan biri gəlib onun ayağından öpdü. Şahın vassalları onun hüzuruna gələndə və ya hər hansı bir əmr alıb gedəndə onun ayağını öpmək ənənəsi var idi»

Mənbə: İtalyan səyyah Pietro Della Valle, «Türk dilinin qrammatikası, 1620. (səhifə 126, 136, 137)»

P.S. İtalyan səyyahın qeyd etdiyi Səfəvi dövlətinin vassalları Hindistandakı Dəkkən sultanlıqları idi. Bu Sultanlıqlar Bijapur-Adilşahlar, Qolkonda-Qütbşahilər, Bidar-Bəridşahilər və Əhmədnagar-Nizamşahilər idi.

İlk üç Sultanlıq yəni Adilşahlar, Qütbşahilər və Bəridşahilər Türk əsilli sülalə olub, Şiə məzhəbinə mənsub idilər. Öz istəkləri ilə, müəyyən zaman ərzində Səfəvilərin vassalları olublar.

Vahid İbayev

Write A Comment