6 aprel 2023-cü il tarixində, Milli Kimlik Akademiyasının ilk mühazirəsi keçirilmişdir.

Akademiyanın fəaliyyətinə “Beynəlxalq münasibətlərdə milli kimlik amili” mövzulu mühazirə ilə Azərbaycan Respublikası XİN Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov start verdi.

Cənab İskəndərovun çıxışından əsas məqamlar:

1. Yalnız Milli kimliyini dərk edib qoruyan millətlər – həqiqi dövlət SUVERENLİYİNƏ malikdirlər.

2. Yalnız Milli kimliyinə sahib çıxan Millətlərin – başqa dövlətlərlə BƏRABƏR HÜQUQLU münasibətlər saxlaya bilər, AŞAĞILIQ KOMPLEKSİNDƏN AZADdırlar!

3. Yalnız Milli Kimliyini YAŞADAN millətlər – ASSİMİLYASİYA təhlükəsindən qoruna bildikləri üçün GƏLƏCƏYƏ MALİKDİRLƏR.

Write A Comment