– Bir çox Elxani əmirləri və Monqol bəyləri Ərdəbil Şeyxinin müridi idilər.

Öz dövrünün böyük mürşidi və övliyası seçilən Şeyx Səfiəddin bir çox insan üçün Pənah yeri idi. Məhz onun sayəsində Anadolu və İranda Monqol zülmü bitmişdir. Heç şübhə yoxdur ki, Səfəviyyə təriqətinin ilk müridləri arasında Monqol hökmdarları və sərkərdələri də olmuşdur.

Elxani monqolları Səfəviyyə və təsəvvüf Şeyxləri sayəsində İslamı qəbul etmişdilər. Şeyx Səfiəddin Monqol tayfaları üzərində böyük təsirə sahib olmuşdur. Belə ki, Şeyx Səfinin müridi olan Monqol əsilli Talış-mikeyli tayfası gələcək də, Şahsevən birliyinə daxil olacaq və Səfəvi dövlətinin siyasətində mühüm rol oynayacaqdır.

«Bir çox Elxani əmirləri və Monqol bəyləri Ərdəbil Şeyxinin müridi oldular. Elxanilərin məşhur hökmdarları Qazan Xan, Sultan Əbu Səid Bahadır Xan və Olcaytunun böyük vəziri Rəşidəddin Fəzlullah, Səfəvi şeyxinə böyük hörmət edərək, onun müridləri arasına girmişdi. Eləcə də, Monqol ordusunun Əmiri olan Çoban Noyan özünü Şeyx Səfiəddinin müridi adlandırdı.

Bir gün Əmir Çoban Noyan, Şeyx Səfiəddinə “Şeyx bizim (Monqol) əsgərlərimiz çoxdur, yoxsa sənin Müridlərin?” sualını vermiş,

Şeyx də ona; “Sizin (Monqol) əsgərləriniz də, bizim Müridlərimizdir” deyə cavab vermişdir. Şeyx Səfinin sayəsində xalq Elxani əmirlərinin zülmündən xilas oldu.

Şeyx Səfinin ölümündən sonra, oğlu Şeyx Sədrəddin Səfəviyyə təriqətinin başına keçdi və yenədə Monqol əsilli əmirlər Səfəviyyə təriqətinə bağlı qaldılar. Məsəlçün Monqol əsilli Cəlairi əmiri Əhməd b. Üveys Səfəvi şeyxlərini himayəsində tutmuşdur.

1372-ci il tarixli əmrdə, Əhmədin hakimiyyəti altında olan bölgələrdə xidmət edən məmurlara “Şeyx Sədrəddin Ərdəbilinin müridləri əlindəki yerlərə müdaxilə etməyin” barədə xəbərdarlıq edilirdi.

Getdikcə Anadolu, Azərbaycan, İraq, Suriya və Rumelidən Səfəvi şeyxinin müridləri çoxalmağa başladı və hətta Dəşti-Qıpçaq torpaqları da müridləri arasına qatıldı. Bu coğrafyalarda Səfəvi təkkəsinə bağlı, təkkələr yaradıldı. Və gələcəkdə Səfəvi təriqətinə bağlı bu təkkə nümayəndələri Səfəvi-Qızılbaş dövlətinin qurucusu və əsas gücü olacaqdır.»

Mənbələr:

Roger Savory, “Safeviler Devrinde İran”.
Hamidreza Mohammednejad, “Erdebil Tarikatı ve İlhanlılar: Tasavvuf ve Siyaset İlişkisinde Yeni Dönem”.

Write A Comment