Azərbaycan şahlarının poeziyaya meylindən, öz doğma ana dilində yazdıqları şeirlərdən bundan əvvəl sizə məlumat vermişdik. Cahan şah Həqiqi, Şah İsmayıl Xətai, “Sani” təxəllüslü Şah Abbas azərbaycan türkcəsində gözəl incilər yaratmışdılar.
Xəbəriniz olsun ki, Qacar sülaləsi də bu yöndə heç də geri qalmadılar. Nadir tapıntı qismində sizə, “İRS-az” qrupunun aşkar etdiyi Fətəli Şah Qacarın divanından, azərbaycan türkcəsində olan şeirlərini sizə təqdim edirik.

Qeyd-i zülfündən, cahan qeydindən azad olmuşam
Ba vücud-i bu pərişanlıq, əcəb şad olmuşam

Xubrular kişvəri abadandır ey sənəm
Mən sənin lütfündən iynə-peykər, abad olmuşam

Qamətin gör qaç cahanda meyl i tuba eyləməz
Beylə qumru paybənd-i sərv-i şimşad olmuşam

Qaşların qövs-i qüzeh, ləblərin şəhd-i şəkər
Həsrət-i ləl-i ləbində, dərgəh-i fərhad olmuşam

Çeşm-i məstin gördü Xaqan, ey bidadgər
Gözlərin heyranə mən gördüm ki səyyad olmuşam.
__________________________________________________________

Camalın aftab-i aləm-ara
Bərin sim, ürəkdir səng-i xara

Bu səyyadın qollarından seyd çıxmaz
Elə bu seyd-i miskinə müdara

Əlində xəncər-i simabqundur
Yəd-i beyza eyləyibdir aşkara

Ləb-i ləlin həyat-i cavidan
Sən oldun İsa və aləm nisara

Kəminə çakirin Хaqan, kəm oldu
Sikəndər çakiri, dərban-i Dara.

Mənbə: https://t.me/irs_azerbaijan

Write A Comment