Artıq bir çox tədqiqatlarin aparıldığına və ümumilikdə həm tarixi, həm də məntiqi bir çox faktın tapılmasına baxmayaraq, təəssüf ki, Səfəvilərlə Osmanlı arasındakı qarşıdurma hələ də İranın türklərə qarşı apardığı mübarizə kimi təqdim olunur və bununla da təməlində olduğumuz Qızılbaş imperiyasında Azərbaycan amilinin rolunu aşağı salırlar.
Qəribədir ki, həm Rusiya, həm də Qərb mənbələrində Səfəvi dövlətini Qızıbaş kimi göstərilməsinə baxmayaraq, Persiya sözü tez-tez onunla yanaşı işlənilir.
Bəlkə də bu, bir vaxtlar bu ərazilərdə mövcud olmuş qədim Persiya dövlətinin adinin daha yaxın olmasindan irəli gəlir.

Türk tarixşünaslığında da belədir. Osmanlı İmperiyasının Səfəvilərlə apardığı mübarizəni haqlı olaraq təqdim etmək üçün onlara ya Əcəm, ya da İranlilar deyilirdi.

Ancaq Fransız tədqiqatçılar “1514-cü ildə söhbət iki milli dövlət arasındakı qarşıdurmadan getmirdi: Səfəvi İranına qarşı Osmanlı Türkiyəsi. Bəlkə də bu, bir vaxtlar bu ərazilərdə mövcud olmuş qədim Persiya dövlətinin adinin daha yaxın olmasindan irəli gəlir.
Fransız tarixçisi J.L.Bake-Qramonta görə Şah İsmayıl irançılığın türk xalqina qarşi olan döyüşçüsü kimi təqdim edilə bilməz və belə bir baxişin absurdluğunda israr etmək faydasız görünür. Müasir millətçiliyin verdiyi dar mənada “Türk” və “İran” anlayışları bizim üçün təhlükəli şəkildə uyğunsuz görünür. Qızılbaşların Orta Şərq türk dünyası arasında daha çox Türk olduğu vurğulanmalıdır.
Burda DİQQƏT! Anadolu qızılbaşlarının Şah İsmayılla münasibətinə dair fikirlərini daha da inkişaf etdirən J.L.Bake-Qramont yazır: “Sultana tabe olan Anadolu yarı köçəri türklərin gözündə, ana dilində danışan şah, Azərbaycanda İDEAL bir TÜRK dövləti yaratmışdır. “

“Fransız tədqiqatçısının qeyd etdiyi kimi, Anadolu məsələsi, Osmanlının daxili məsələsi kimi, türk-sultanın türk-şahı üzərində qələbəsi ilə həll edilməli idi.”

Burada qeyd etmək lazımdır ki, müəllif Azərbaycanda qurulmuş Səfəvi dövlətini  “ideal Türk dövləti” kimi təqdim edir. Bu, müasir Avropa tədqiqatçılarının, bu vəziyyətdə fransızların, Səfəvi dövləti haqqında İran, Fars kimi uzun müddətdir mövcud olan ənənəvi fikirlərdən qismən yerli tarixçilərin obyektiv dəlilləri sayəsində azad olduqlarını, onu Azərbaycan, Türk olaraq tanıdıqlarına bir daha sübutdur.

Buradan hansı nəticələr çıxır:
Səfəvilər bir Azərbaycan dövləti olaraq qeyd olunur. Səfəvilərlə Osmanlı arasındakı müharibə dini və ya milli deyildi. Daha əvvəl də qeyd etdiyimiz kimi, bu, bölgədə iki dövlətin bölgədəki nüfuz uğrunda mübarizəsi idi.

Mənbə: avtoreferat – Nailə Məmmədova

Write A Comment