Sizə erməni daşnaklarının Azərbaycan torpaqlarında dovlət yaradaraq, yerli müsəlman əhalisinin təmizləmək niyyətinin açıq şəkildə bildirildiyi haqqda Denikinin mühacirətdə yazdığı “Очерки русской смуты Ген, Т.4 Вооруженные силы Юга России” kitabını təqdim edirik.

Bildiyiniz kimi, Denikin Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış Könüllü ordu hərbi qüvvələrinin başçılarından biri idi. “Vahid və bölünməz Rusiya” şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi.
Bu səbəbdən Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyəti Dağıstan xalqlarının Denikinə qarşı mübarizəsini dəstəkləmişdi. Lakin hərbi uğursuzluqlar, sovet ordusunun qaçılmaz qələbəsi şəraitində Denikin 1920 il fevralın 7-də Cənubi Qafqaz respublikalarının müstəqilliyini tanıdığını bildirmişdi. 1920 ilin martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra xaricə mühacirət etmişdir.
O yazır ki, erməni daşnaklarının müstəqillikdəki məqsədləri, dünyaya səpələnmiş erməniləri bir yerə toplamaqdır. Bunun üçün müsəlmanlardan təmizlənmiş bir ərazi və onları qoruyaraq, iqtisadiyyatlarını qaldıracaq bir himayəçi lazımdır. Denikin isə deyir ki, Rusiya ermənilərə türkləri oradan qovmağa icazə verməyəcəkdir.
Əlbətdə, sonraki tarixdə Sovetlərin azərbaycanlıları indiki Ermənistan ərazisindən deportasiya olunmaları bunun əksini göstərdi.

Mənbə: “Очерки русской смуты Ген, Т.4 Вооруженные силы Юга России, Берлин 1925 год”

Write A Comment